Geri

08/07/22

LDU-da “İngilisdilli Yay Məktəbi” sona çatıb.


28 iyun 2022-ci il tarixində Lənkəran Dövlət Universitetinin Beynəlxalq Dil Mərkəzinə daxil olan “Amerika Guşəsi”ndə “Monterey ESL Summer School” -Monterey “İngilisdilli Yay Məktəbi”nin bağlanışı olub.
Bağlanış mərasimində ABŞ-ın Kaliforniya ştatının Lənkəranla qardaşlaşmış Monterey şəhərinin “Monterey-Lənkəran Dostluq Assosasiyası”nın icraçı direktoru, Monterey şəhərinin sabiq vitse-meri Nensi Selfric, “Monterey-Lənkəran Dostluq Assosiasiyası”nın həmsədri, ADA Universitetinin Kommunikasiya və Rəqəmsal Media proqramının direktoru Şəfəq Mehrəliyeva, Monterey Peninsula Collecinin tələbəsi Cavad Kərimli, ADA Universitetinin əcnəbi tələbəsi Ceyms Ezimoha, ADA məktəbinin tələbəsi Səid Mehrəli iştirak ediblər.
Xanım Nensi Selfric təlim müddətində müəllim və tələbələrdən razı qaldıqlarını bildirərək LDU rəhbərliyinə yaradılan şəraitə görə minnətdarlıq edib.
Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.

 LDU-da   “İngilisdilli Yay Məktəbi” sona çatıb.


Mənbə:
Paylaş: