Geri

16/11/22

“Casus” tamaşasına kollektiv baxış


Lənkəran Dövlət Universitetinin (LDU) professor-müəllim-tələbə heyəti N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında bu yaxınlarda tamaşaya qoyulan “Casus” komediyasına kollektiv baxış keçirib. Yazıçı-dramaturq Kamal Abdullanın müəllifi olduğu əsərə rejissor Anar Babalı quruluş verib. Tamaşanın rəssamı Tərlan Sadıqov, bəstəkarı Azər Hacıəsgərlidir.
İki hissəli komediyada əsas rolları teatrın aparıcı aktyorlarından respublikanın xalq artisti Qabil Quliyev, əməkdar artist Sucəddin Mirzəyev, artistlərdən Qızılgül Quliyeva, Aynur Əhmədova, Əlibala Əsgərov, Mİraslan Ağayev, Allahverən Babayev, Əbülfəz Axundov, Emil Tağı və başqaları ifa ediblər.
Tamaşanın sonunda Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimov səhnədə aktyorlarla görüşərək maraqlı tamaşaya və gözəl aktyor oyununa görə LDU kollektivi adından minnətdarlq bildirib, daha böyük yaradıcılıq uğurları arzulayıb, LDU ilə Lənkəran Dövlət Dram Teatrı arasında əlaqələrin bundan sonra da davamlı olacağını deyib.
Tələbələr aktyorlara çiçək dəstələri təqdim ediblər.
Teatrın direktoru Tofiq Heydərov kollektiv baxışa və xoş sözlərə görə universitetin rektoru, professor Natiq İbrahimova minnətdarlıq bildirib.

“Casus” tamaşasına  kollektiv baxış


Mənbə:
Paylaş: