Geri

18/11/22

LDU-da bioloji mövzuda maarifləndirici seminar


Lənkəran Dövlət Universitetində (LDU) “Bioloji müxtəlifliyin qorunması, su bioresurslarının artırılması, akvakulturanın inkişafı, fauna və flora növlərinin bərpa edilməsi” mövzusunda növbəti maarifləndirici seminar keçirilib.
Seminarı giriş sözü ilə Təbiyyat fakültəsinin dekanı, dos. Ramiz Şəmmədov açaraq tədbirin “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın həyata keçirilməsi ilə bağlı həyata keçirilməsi nəzərdə tutulan Tədbirlər Planının icrası çərçivəsində keçirildiyini bildirib.
Təbiyyat fakültəsinin “Biologiya və ekologiya” kafedrasının müdiri, dos. Məmmədhüseyn Hüseynov “Bioloji müxtəlifliyin qorunması, su bioresurslarının artırılması, akvakulturanın inkişafı, fauna və flora növlərinin bərpa edilməsi” mövzusunda geniş məruzə edib.
Tədbirdə Ətraf mühitin mühafizəsi metodları və bərpası ixtisaslaşmasının II tədris ili magistrantı Günay Əliyevanın “Azərbaycan Respublikasının bioloji müxtəlifliyi” mövzusunda, Ətraf mühitin mühafizəsi metodları və bərpası ixtisaslaşmasının II tədris ili magistrantı Lalə Nəzərlinin “Bioliji müxtəlifliyin azalmasına səbəb olan amillər haqqında” çıxışları dinlənilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

LDU-da bioloji mövzuda maarifləndirici seminar


Mənbə:
Paylaş: