Geri

28/12/22

Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimovun yeni il Təbriki.


Dəyərli həmvətənlər!
Hörmətli professor-müəllim-işçi heyəti!
Əziz tələbələr!
İllərin qovuşağında hamımız ikili hisslər keçiririk. Başa çatmaqda olan ilin yaddaqalan hadisələrini bir daha xatırlayır, yeni ildən daha böyük müjdələr gözləyirik.
Qeyd edim ki, yola saldığımız 2022-ci il Lənkəran Dövlət Universitetinin həyatında ən yaddaqalan, maraqlı bir il oldu. Hər şeydən əvvəl, LDU bu il 30 illk yubileyini təntənəli şəkildə qeyd etdi. Yubiley sevincimizə Azərbaycanın Elm və Təhsil Naziri hörmətli Emin Əmrullayev başda olmaqla digər universitetlərin rektorları, rəsmi qonaqlar, məzunlarımız şərik oldu. Kollektivimiz hələ də bayram ovqatını yaşayır. Bu ovqatı yaradan həm də ili uğurlu nailiyyətlərlə yola salmağımızdır.
2022-ci il LDU üçün yeni tədris korpusunun istifadəyə verilməsi ilə əlamətdar oldu. Həmçinin, Lənkəran Dövlət Universitetinin “Elmi xəbərlər” jurnalının hər iki seriyası e-library (RSCI) beynəlxalq indeksləmə sistemininə daxil olmaqla yanaşı, “Humanitar elmlər” seriyası dünyanın nüfuzlu beynəlxalq indeksləmə sistemi olan “İNDEKS COPERNİCUS” bazasına da daxil edildi. Lənkəran Dövlət Universitetində bu yaxınlarda daha bir elmi nəşr-Texnika və Aqrar elmləri üzrə Beynəlxalq elmi-praktik jurnal nəşrə başlayacaq. 2022-ci il üzrə LDU əməkdaşlarının 30-a yaxın elmi məqaləsinin dünyanın nüfuzlu “web of science” bazasına daxil olmasını da böyük elmi uğur kimi qeyd edə bilərik.
Bu xoş ovqatla da hamınızı-bütün LDU ailəsini 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni- 2023-cü il münasibətilə ürəkdən təbrik edirəm. İnanıram ki, LDU kollektivi yeni-2023-cü ildə də mehriban bir ailə kimi fəaliyyətini uğurla davam etdirəcək, yeni ilklərə imza atacaq. Bu yolda hamınıza uğurlar, möhkəm can sağlığı, xoş bayram ovqatı, könül xoşluğu arzulayıram.
Qoy yeni-2023 -cü il hamınız üçün sülh, əmin-amanlıq ili olsun! Xalqımıza sevinc, fərəh, bolluq, firavanlıq, hər birimizə, ailələrimizə, ölkəmizə xoşbəxtlik gətirsin!
Dünyanın hansı guşəsində yaşamasından asılı olmayaraq, azərbaycançılıq ideologiyasına sadiq qalan həmvətənlərimizə yeni uğurlar, can sağlığı, bayram sevincləri, xoş ovqat arzulayıram.
Yeni iliniz mübarək!
Natiq İbrahimov
Lənkəran Dövlət Universitetinin rektoru, professor.
Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimovun yeni il Təbriki.


Mənbə:
Paylaş: