Geri

28/12/22

“Arzu təzə, il təzə...”


LDU-da Yeni il şənliyi
Lənkəran Dövlət Universitetində (LDU) 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və yeni-2023-cü ilin gəlişini professor-müəllim-tələbə heyəti birgə qeyd edib.
Vətənpərvərlik tərbiyəsinin daim önə çəkildiyi LDU-da bu dəfəki bayram şənliyi də Azərbaycanın müstəqilliyi, torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda qurban gedən şəhidlərin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Bayram tədbirində çıxış edən universitetin sosial məsələlər üzrə prorektoru, professor Kamran Kazımov LDU-nun rektoru, professor Natiq İbrahimovun təbrikini tədbir iştirakçılarına çatdırıb, ölkəmizə, dünyamıza sülh və əmin- amanlıq arzulayıb.
Tədbirdə universitetin mədəni-ictimai həyatında fəal iştirak edən LDU-nun və onun nəzdindəki Sosial və Aqrar-Texnoloji Kollecin bir qrup müəllim və tələbələrinə təşəkkürnamələr təqdim edilib.
Yeni ilin daimi atributları olan Şaxta baba və Qar qız gəlişləri, şux, məzəli zarafatları ilə şənliyə bayram ovqatı qatıblar. Xoş arzular, oynaq mahnı və rəqslər, şeirlər bir-birini əvəzləyib.
Yeni il tədbiri universitet tələbələrinin ifasında “Yubiley təbriki” mahnısı ilə yekunlaşıb. Mahnını tələbələrdən ibarət vokal qrupu ifa edib.



“Arzu təzə, il təzə...”


Mənbə:
Paylaş: