Geri

07/03/23

8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimovun LDU-da çalışan xanım əməkdaşlara və tələbə qızlara Təbriki


Yer üzündə bayramlar çoxdur. Amma onların ən gözəli 8 Mart Beynəlxalq Qadınlar bayramıdır. Çünki, qadınlar yer üzünün bəzəyi, dünyanın yaraşığıdır. Qadın gülürsə, bütün bəşəriyyət gülür, əli dəyən hər yer cənnətə çevrilir. “Cənnət anaların ayaqları altındadır” deyimi analara olan böyük sevginin etirafı kim səslənir.

Qadın anadır, bacıdır, evlərimizin yaraşığı olan qızlarımızdır. Qadın həm də bu gün cəmiyyətin aparıcı qüvvəsidir-alimdir, müəllimdir, mühəndisdir, şairdir-bir sözlə, yaradıcı insandır. Qadın həm də anadır. Ana tanrının, yaradılışın şah əsəridir. Bütün ziyalıları, dahiləri ana dünyaya gətirir, böyüdür, tərbiyə edir. Bu, dünən də belə idi, bu gün də belədir, sabah da belə olacaq. Ölkəmizin bütün sahələrdə əldə etdiyi uğurlarda qadınlarımızın rolu danılmazdır. Olkəmizə Zəfər sevincini yaşadan oğulları dünyaya gətirən, böyüdüb tərbiyə edən Azərbaycan qadını- sən bu gün bütün xoş sözlərə, təbriklərə layiqsən!

Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Azərbaycan qadını dövlətin idarə olunmasında fəal iştirak edir, qanunverici orqanlarda təmsil olunur, idman arenalarında Azərbaycan bayrağını şərəflə dalğalandırır, ictimai-iqtisadi, sosial, siyası sahələrdə böyük uğurlara imza atır.

Lənkəran Dövlət Universitetində yüzlərlə qadın işçi, müəllim, alim çalışır, tələbələrimizin böyük əksəriyyətini qızlar təşkil edir. Qazandığımız uğurlarda onların da payı az deyil. Buna görə də bayram günündə hamınıza minnətdarlıq bildirirk, əziz qadınlar!

Bu gün sizin gününüzdür. 8 Mart sizin bayramınızdır. Bu xoş gün münasibətilə ilk növbədə şəhid analarını, xanımlarını, doğmalarını, həmçinin LDU-nun bütün xanım əməkdaşlarını-işçiləri, müəllimləri, tələbə qızarımızı 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir, ən səmimi və xoş arzularımı bildirirəm.

Bayramınız mübarək!

Natiq İbrahimov

Lənkəran Dövlət Universitetinin rektoru.

8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimovun LDU-da çalışan xanım əməkdaşlara və tələbə qızlara  Təbriki


Mənbə:
Paylaş: