Geri

08/03/23

8 Mart Beynəlxalq Qadınlar Günü LDU-da qeyd edilib.


Lənkəran Dövlət Universitetində (LDU) 8 Mart –Beynəlxalq Qadınlar Günü münasibətilə bayram tədbiri keçirilib. LDU-nun rektoru, professor Natiq İbrahimovun universitetin xanım əməkdaşlarına bayram təbrikini Elmi katib Allahşükür Quliyev təqdim edib. Təbrik mətnində 8 Mart Beynəlxalq Qadınlar Bayramının tarixinə ekskursiya edilib, Azərbaycan qadınının ölkənin ictimai-siyası həyatında artan rolundan söz açılıb, Lənkəran Dövlət Universitetinin əldə etdiyi uğurlarda universitetdə çalışan xanım əməkdaşların böyük əməyinin olduğu qeyd edilib, onlara minnətdarlıq bildirilib, universitet rəsmisinin bayram arzuları çatdırılıb.

Sonra LDU-nun ictimai həyatında yaxından iştirak edən, fəallıqları ilə seçilən qadınların bir qrupuna universitetin Həmkarlar İttifaqı Komitəsi tərəfindən “Təşəkkürnamə”lər təqdim edilib, qızılgüllər hədiyyə edilib, LDU Həmkarlar İttifaqı Komitəsinin sədri Vaqif Quliyev bayram arzularını çatdırıb.

Bayram tədbiri maraqlı konsert proqramı ilə başa çatıb.

Qeyd edək ki, 8 Mart Qadınlar Günü münasibəti ilə LDU-da çalışan bütün qadın əməkdaşlara pul mükafatları verilib.

8 Mart Beynəlxalq Qadınlar Günü LDU-da qeyd edilib.


Mənbə:
Paylaş: