Geri

10/03/23

LDU-da “Polşa memarlığının şah əsərləri” fotosərgisinin açılışı olub.


Bu gün Polşa Respublikasının Azərbaycandakı səfiri cənab Rafal Poborski Lənkəran Dövlət Universitetində olub. Hörmətli qonağı LDU-nun rektoru, professor Natiq İbrahimov qəbul edib. Çay süfrəsi arxasında keçən söhbət zamanı LDU ilə Polşa universitetləri arasında əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətləri müzakirə edilib.
Cənab Rafal Poborski LDU-nun Böyük akt zalında keçirilən tədbirdə universitetin professor-müəllim-tələbə heyəti qarşısında çıxış edərək Azərbaycan Polşa əlaqələrindən, onun inkişaf perspektivlərindən, LDU ilə Polşa universitetləri arasında əlaqələrin gücləndirməsindən söz açıb.
Rafal Poborski Polşa Respublikasının Azərbaycandakı səfirliyi və Lənkəran Dövlət Universitetinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Polşa memarlığının şah əsərləri” fotosərgisinin açılışını edib.
Tədbir iştirakçıları fotosərgidə nümayiş edilən əsərlərlə maraqla tanış olublar.
LDU-da “Polşa memarlığının şah əsərləri” fotosərgisinin açılışı olub.


Mənbə:
Paylaş: