Geri

14/03/23

LDU-nun baytarlıq ixtisasında təhsil alan tələbələr ilk əməliyyatlarını keçirdilər.


Lənkəran Dövlət Universiteti ilə Qars Qafqaz Universiteti arasında olan Akademik Əməkdaşlıq Protokolu çərçivəsində sözügedən universitetin baytarlıq fakültəsinin professor-müəllim heyəti LDU-da dərslər keçir, təcrübi məşğələlər aparır.
Bu günlərdə LDU-nun Aqrar və mühəndislik fakültəsinin Baytarlıq və aqrar elmləri kafedrasının Baytarlıq təbabəti ixtisasının 3-cü tədris ili tələbələri Türkiyyə Cumhuriyyətinin Qafqaz (Qars) Universitetinin “Veterinar” fakültəsinin “Doğum və ginekologiya” kafedrasından dəvət olunmuş Dr. Prof. Cihan Kaçar ilə birlikdə 4 yaşlı bir dişi pişik üzərində əməliyyat həyata keçirib. Aparılan bu əməliyyat Ovariohysterectomie (qısırlaşdırma) adlanır. Narkoz altında həyata keçiirilən bu əməliyyatda pişiyin yumurtalıqları, balalığı kəsilərək çıxarılıb. Əməliyyatdan sonra pişik təkrar sağlamlığına qovuşub.
Xatırladaq ki, LDU-nun Baytarlıq ixtisası V tədris ilinin 12 tələbəsi 28 fevral 2023-cü il tarixindən istehsalat təcrübəsi keçmək üçün Türkiyə Respublikasının Qars Qafqaz Universitetinə gedib. Tələbələrin Türkiyəyə göndərilməsi üçün tələb olunan bütün xərclər Lənkəran Dövlət Universiteti tərəfindən qarşılanıb. Tələbələr 4 ay müddətində Qarsda təcrübə keçəcək, praktik vərdişlərə yiyələnəcəklər.

LDU-nun baytarlıq ixtisasında təhsil alan tələbələr ilk əməliyyatlarını keçirdilər.


Mənbə:
Paylaş: