Geri

11/05/23

Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Astarada təhsil festivalı keçiriləcək.


Mayın 20-də Astara rayonu dənizkənarı park-bulvar kompleksində Lənkəran-Astara Regional Təhsil İdarəsi, Astara Rayon İcra Hakimiyyəti, Lənkəran Regional Mədəniyyət İdarəsi, Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin təşkilatçılığı ilə təhsil festivalının keçirilməsi nəzərdə tutulur.
Mayın 10-a qədər Təhsil festivalında iştirakını təsdiq edən ali təhsil müəssisələrini təqdim edirik:
1. Lənkəran Dövlət Universiteti
2. Azərbaycan Memarlıq və İnşaat Universiteti
3. Azərbaycan Diplomatik Akademiya
4. Azərbaycan Dövlət Pedaqoji Universiteti
5. Odlar Yurdu Universiteti
6. Azərbaycan Turizm və Menecment Universiteti
7. Bakı Biznes Universiteti
Qeyd edirik ki, festival tarixinə qədər iştirakçı qismində çıxış edəcək digər ali təhsil müəssisələr ilə bağlı müzakirələr davam edir.
Hörmətli izləyicilər regionumuzda təhsil xidmətlərinin geniş pavilyonda təmsil olunması məqsədilə nəzərdə tutulmuş təhsil festivalında iştirakınızdan məmnun olarıq!
Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Astarada təhsil festivalı keçiriləcək.


Mənbə:
Paylaş: