Geri

17/05/23

Lənkəran Universitetinin “Brend tələbə”ləri mükafatlandırıldı


AzEdu.az təhsil portalı və ali məktəblərin birgə təşkilatçılığı ilə həyata keçirilən "Brend tələbə" layihəsi çərçivəsində xüsusi meyarlara uyğun seçilən tələbələrin mükafatlandırılmasına start verilib.
Bu gün AzEdu.az-ın təşkilatçılığı ilə Lənkəran Dövlət Universitetində təhsil alan “Brend tələbə”lər mükafatlandırılıb. AzEdu.az-ın "İlin gənc müəllimi" layihəsinin qalibi olan Lənkəran nümayəndəmiz Kamil Kazımov tələbələrlə uğurun sirlərini müzakirə edib. Daha sonra onlara qalib kimi təltifnamələri təqdim olunub.
Lənkəran Dövlət Universitetində "Brend tələbə" statusuna layiq görülmüş gənclər aşağıdakılardır:

Bəşirli Xavər Rahim qızı- Tarix və coğrafiya müəllimliyi, l kurs

Kərimova Fidan Qabil qızı- Tarix müəllimliyi,l kurs

Mirzəzadə Leyla Natiq qızı- Kimya-biologiya müəllimliyi,l kurs

Ağayeva Mehriban Kamal qızı- Riyaziyyat və informatika müəllimliyi,l kurs

Nuruzadə Rəsul Əli oğlu - İqtisadiyyat, II kurs

Əliyeva Nəsibəxanım İsmayıl qızı - Mühasibat, III kurs

Qasımova Məryəm Ramik qızı - İngilis dili müəllimliyi, I kurs
Kərimova Sevinc Namiq qızı - İbtidai sinif müəllimliyi, II kurs
Şahverdiyev Əli Zaur oğlu- Kompüter mühəndisliyi, II kurs
Məmmədzadə Bəhruz Qahir oğlu - Baytarlıq təbabəti, II kurs
Qeyd edək ki, “Brend tələbələr” ekspert komissiyasının hazırladığı meyarlar əsasında birbaşa universitetlər tərəfindən seçilib.


Azərbaycanın 22 universiteti “Brend tələbə” ilə bağlı tələbə seçimini həyata keçirib.
Lənkəran Universitetinin “Brend tələbə”ləri mükafatlandırıldı


Mənbə:
Paylaş: