Geri

17/05/23

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Avropa komissiyasının Erasmus+ proqramının KA2 (Ali təhsildə bacarıqların artırılması) fəaliyyət növü üzrə qalib olduğu “REFRESH” layihəsinin təqdimatı keçirilib.


“Azərbaycan universitetlərində yaşıl və davamlı qlobal iqtisadi təkmilləşdirmə: bərpa olunan enerji mənbələrinin və iqlim dəyişikliyinin mitiqasiyası (REFRESH)” mövzusunda qalib olan layihənin təqdimatında Lənkəran Dövlət Universitetinin rektoru prof. Natiq İbrahimov, Elm və tədqiqat işləri şöbəsinin müdiri Ülkər Babayeva, Beynəlxalq Əməkdaşlıq Şöbəsinin beynəlxalq layihələr üzrə mütəxəssisi Billurə Nuri, Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko, Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev, SDU, MDU, və ATU-nun rektorları, Erasmus+ Azərbaycan Milli Ofisinin direktoru Pərviz Bağırov və digər qonaqlar iştirak ediblər.
LDU rektoru prof. Natiq İbrahimov və layihə tərəfdaşı olan digər yerli ali təhsil müəssisələrinin rektorları çıxış edərək, layihənin ölkənin sosial-iqtisadi inkişafı, bərpa olunan enerji sahəsində milli kadr hazırlığı, tədqiqatların aparılması, region universitetlərin inkişafı istiqamətindəki mühüm rolundan danışıblar.
Layihə 3 il müddəti əhatə edir və konsorsiumu 6 yerli, 4 Avropa universiteti (İspaniyanın Barselona Universiteti, İtalyanın Bolonya Universiteti, İsveçin Royal Texnologiya Universiteti, Danimarka Texniki Universiteti) və qeyri-hökumət təşkilatı olmaqla, 15 tərəfdaşdan ibarətdir. Rektor layihənin Azərbaycanın dayanıqlı inkişafına mühüm töhfələr qazandıracağından əminliyini ifadə edib. Tədbir yerli və Avropa İttifaqının tərəfdaş universitetlərinin nümayəndələrinin iştirakı ilə keçirilən müzakirələrlə davam edib. Eyni zamanda Avropadan olan tərəfdaşlar öz universitetləri haqqında məlumatlandırma sessiyası keçirdilər.


Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Avropa komissiyasının Erasmus+ proqramının KA2 (Ali təhsildə bacarıqların artırılması) fəaliyyət növü üzrə qalib olduğu “REFRESH” layihəsinin təqdimatı keçirilib.


Mənbə:
Paylaş: