Geri

19/05/23

“Sən elə bir zirvəsən...”


Lənkəran Dövlət Universitetində (LDU) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş silsilə tədbirlər davam edir. Növbəti belə tədbir ulu öndərin sevdiyi və ona həsr edilmiş, həmçinin azərbaycançılığı, vətənpərvərliyi təbliğ edən əsərlərdən ibarət “Sən elə bir zirvəsən...” adlı möhtəşəm konsert proqramı olub.
Tədbirdə Lənkəran Dövlət Univeresitetində və universitetin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə təhsil alan tələbələr maraqlı musiqi nömrələri ilə çıxış ediblər. Konsert proqramında ulu öndərin sevdiyi xalq və bəstəkar mahnıları səsləndirilib.
Konsert proqramından sonra LDU-nun rektoru, prof. Natiq İbrahimov çıxış edərək maraqlı və məzmunlu konsertin təşkilatçılarına, ifaçılara minnətdarlıq bildirib, ulu öndərlə bağlı tədbirlərin bundan sonra da davam edəcəyini deyib.
Konsertin sonunda H.Əliyev adına Bakı Gənclər Mərkəzində “Novruz süfrəsi” adı altında Azərbaycan Milli Kulinariya Assosiyasının Prezidenti Tahir Əmiraslanovun 65 illiyinə həsr edilmiş “Yaradıcılıq günü və təhsil alan gənc kulinarların V Respublika çempionatında I yerə layiq görülmüş LDU-nun komanda üzvləri və onlara köməklik göstərmiş fakültə əməkdaşları qiymətli hədiyyə və “Təşəkkürnamə” ilə təltif ediliblər. Həmçinin Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi şərəfinə LDU-da keçirilmiş “Bədii qiraət” müsabiqəsinin qalibləri də “Təşəkkürnamə” ilə təltif olunublar.

“Sən elə bir zirvəsən...”


Mənbə:
Paylaş: