Geri

27/09/19

LDU-da elmi şuranın növbəti iclası keçirilib.


Lənkəran Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilib.İclası universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov açıb və şura üzvlərini gündəliklə tanış edib.

2018-2019-cu tədris ilinin ikinci semestrinin gedişi, birinci kollokviuma hazırlığın vəziyyəti haqqında universitetin tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor vəzifəsini icra edən dosent İdrak Əsgərov məruzə edib.Dosent İdrak Əsgərov birinci kollokviuma hazırlığın vəziyyətinin qənaətbəxş olduğunu, qəbul olunmuş proqram əsasında getdiyini deyib, həmçinin yuxarı kurs tələbələrinin pedaqoji və istehsalat təcrübələrinin gedişi barədə iştirakçıları məlumatlandırıb.

Universitetin sosial məsələlər üzrə prorektoru dosent Kamran Kazımov son iki ayda keçirilən mədəni-kütləvi tədbirlərdən söz açıb, şura üzvlərini növbəti ayların proqramı ilə tanış edib.

Elmi şurada “Elmi və Tədris-metodiki” şurasında baxılan işlərin müzakirəsi də aparılıb. Bu barədə şura üzvlərinə məlumatı elmi katib Allahşükür Quliyev təqdim edib.

İclasda bir sıra cari məsələlər də nəzərdən keçirilib və baxılan məsələlər barədə müvafiq qərarlar qəbul edilib.

 LDU-da elmi şuranın növbəti iclası keçirilib.


Mənbə:
Paylaş: