Geri

16/11/23

Ekoloji mövzuda tədbir


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Lənkəran Dövlət Universitetində (LDU) ekoloji mövzuda tədbir keçirib. Tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin inkişafı xidmətinin Meşələrin mühafizəsi şöbəsinin müdir müavini Azad Quliyev, sözügedən nazirliyin Ümumi təminat, insan resursları və sənədlərlə iş şöbəsinin müdir müavini Gülnaz Məmmədova və s. iştirak edib.
“Aqrar və mühəndislik” fakültəsinin Meşəçilik ixtisasının tələbələri üçün keçirilən, maarifləndirici məqsəd daşıyan tədbirdə tələbələrə ekoloji problemlər, həlli yolları, onları doğuran səbəblər, tələbələrin işlə təminatı, bu sahədə qarşıya çıxan çətinliklər və s. haqqında məlumat verilib, praktiki tövsiyələr dinlənilib, suallar cavablandırılıb.


Ekoloji mövzuda tədbir


Mənbə:
Paylaş: