Geri

16/11/23

Təbrik edirik!


Bu gün Lənkəran Dövlət Universitetində (LDU) 2022-2023-сü tədris ilinin yaz imtahan sessiyasının nəticələrinə görə uğur qazanan və həmkarlar ittifaqı fəalı olan tələbələrə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ) “Adlı təqaüd”ləri təqdim edilib.
Mükafatların təqdimetmə mərasimində Lənkəran Dövlət Universitetinin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru vəzifəsini icra edən dos. Zaur Məmmədov, LDU Həmkarlar Komitəsinin sədri Vaqif Quliyev çıxış edərək təqaüdə layiq görülən tələbələri təbrik edib, təhsil və universitetin iictimai həyatındakı fəaliyyətlərində uğurlar arzu ediblər. Mərasimdə "Filologiya və ibtidai təhsil" fakültəsinin dekanı, dos. Elman Mirzəyev, “İqtisadiyyat və idarəetmə” fakültəsinin dekanı, dos.Gülbəniz Əliyeva iştirak ediblər.
“Adlı təqaüd”ə layiq görülən tələbələri təqdim edirik:
1. Həşimova Sahibə Yasəf qızı- "Filologiya və ibtidai təhsil" fakültəsinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının IV tədris ili tələbəsi
2. Allahverdiyeva Gülçin Valeh qızı-İqtisadiyyat və idarəetmə fakültəsinin iqtisadiyyat ixtisasının III tədris ili tələbəsi.
Qeyd edək ki, “Adlı təqaüd”ün məbləği 300 manatdır.
Mükafatçıları təbrik edirik!
Təbrik edirik!


Mənbə:
Paylaş: