Geri

20/11/23

“Azərbaycanda Rektorlar Konfransının yaradılması” adlı Erasmus+ layihəsi


Bakı Biznes Universitetinin koordinatorluğu və Avropa Komissiyasının dəstəyi ilə həyata keçirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” adlı Erasmus+ layihəsi çərçivəsində İspaniyada baş tutan səfərdə iştirak edən Lənkəran Dövlət Universitetinin rektor müşaviri prof. Mikayıl Məhərrəmov və Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Günel Məmmədova LDU-da məlumatlandırma sessiyası (Retraining) keçirib.
Tədbirdə universitetin akademik və işçi heyəti iştirak edib. Tədbirdə 10-14 iyul tarixlərində İspaniyanın Madrid şəhərində baş tutmuş səfərin əsas məqsədindən danışılıb. Eləcə də, inkluziv təhsil, istifadə olunan metodlar, həmin tələbələrə düzgün yanaşma üsulları, tələbə və məzun işləri üzrə İspaniya Rektorlar Konfransı və İspaniya ali təhsil müəssisələrinin, eləcə də Fransa, Polşa və Litvadan olan tərəfdaşların iştirakı ilə həmin ölkələrin təcrübəsinin öyrənilməsinin əhəmiyyətindən bəhs olunub.

“Azərbaycanda Rektorlar Konfransının yaradılması” adlı Erasmus+ layihəsi


Mənbə:
Paylaş: