Geri

22/11/23

LDU tələbələri Flaminqo festivalında birinci oldular


21 noyabr 2023-cü il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Qızılağac Milli Parkında “Flaminqo” festivalı keçirilib. Tədbirdə ETSN-nin rəsmiləri, Milli parkla həmsərhəd olan Masallı, Neftçala rayon, Lənkəran şəhər İcra Hakimiyyətlərinin başçıları, Bakı Dövlət Universitetinin, Lənkəran Dövlət Universitetinin, Azərbaycan Turizm Universitetinin, Azərbaycan Kooperasiya Universitetinin müəllim və tələbələri, Hirkan, Abşeron, Göygöl, Samur-Yalama, Şirvan Milli parklarının, Zaqatala Dövlət Təbiət qoruğunun təmsilçiləri, müxtəlif ictimai təşkilat, vətəndaş cəmiyyəti və media nümayəndələri iştirak ediblər.
Festifal zamanı keçirilən müxtəlif tədbir və aksiyalarda LDU-nun Ekologiya ixtisası üzrə II və IV tədris ili tələbələri fəallıqları ilə seçiliblər.
Ekoviktorinada 10-dan artıq komanda içində Lənkəran Dövlət Universitetinin tələbələrindən ibarət “Ağgöl Milli Parkı” adlı komanda hər 3 turda yüksək nəticə əldə edərək I yeri özünə təmin edib, hədiyyə və təşəkkürnamə ilə təltif olunub.
Qeyd edək ki, maraqlı tədbirlərlə yadda qalan festival çərçivəsində iştirakçılar üçün Qızılağac Milli Parkı ərazisində qayıq və kvadrasikllarla gəzinti təşkil edilib, ziyarətçilər körfəz ərazisində quş koloniyalarını müşahidə ediblər. Festivalda Azərbaycanın qorunan ərazilər şəbəkəsini, iqlim dəyişməsinin biomüxtəlifliyə təsiri və bioloji müxtəlifliyin hazırki vəziyyətini əks etdirən stendlər, məlumat lövhələri, milli parkların təbiətinə, flora və faunasına aid tanışlıq guşələri, suvenirlər, həmçinin Qızılağac Milli Parkını tərənnüm edən simvollar nümayiş etdirilib.

LDU tələbələri Flaminqo festivalında  birinci oldular


Mənbə:
Paylaş: