Geri

05/12/23

Qalib tələbələrlə görüş


Lənkəran Dövlət Universitetinin “Filologiya və ibtidai təhsil” fakültəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyinə həsr olunmuş “Söz duyğusu, sənət sevdası” devisi altında keçirilmiş ümumrespublika bədii qiraət müsabiqəsinin qalibləri ilə görüş keçirilib. Fakültənin dekanı Elman Mirzəyev qalib tələbələri qazandıqları yaradıcılıq uğurları münasibətilə universitet rəhbərliyi adından təbrik edib, minnətdarlıq bildirib, xoş arzularını çatdırıb.Xatırladaq ki, Lənkəran Dövlət Universitetini həmin müsabiqədə “Filologiya və ibtidai” təhsil fakültəsində fəaliyyət göstərən “Yaradıcılıq” qrupunun bir qrup tələbəsi təmsil edib. Sevindirici haldır ki, bölgə universitetləri arasında təkcə Lənkəran Dövlət Universitetinin “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasının II tədris ili tələbəsi Günel Əliyeva final mərhələsinə vəsiqə qazanaraq “Nitqin aydınlığı və səlistliyi” nominasiyası üzrə I yerə layiq görülüb. “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasının III tədris ili tələbələri Adilə Qənbərova I mərhələdə, İstək Maliyeva isə II mərhələdə müvafiq yerlər üzrə “Sertifikat” və hədiyyələrlə təltif ediliblər.
Qalib tələbələrlə görüş


Mənbə:
Paylaş: