Geri

12/12/23

Heydər Əliyevin xatirəsi LDU-da ehtiramla yad olunub.


Lənkəran Dövlət Universitetində (LDU) Azərbaycan xalqının böyük oğlu, Ümummilli lider Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib. LDU-nun rektoru, prof. Natiq İbrahimov başda olmaqla universitetin professor-müəllim-tələbə heyəti Lənkəran şəhərinin mərkəzində H.Əliyev xatirə parkına gələrək ulu öndərə hörmət və ehtiramlarını bildiriblər. Ümummili liderin abidə kompleksinin önünə təzə-tər payız çiçəkləri düzülüb, xatirəsi 1 dəqiqəlik sükutla anılıb.
Qeyd edək ki, bu gün LDU-da keçirilən dərslərdə H. Əliyevin həyat və fəaliyyəti, Azərbaycan dövlətçiliyinin qorunmasındakı misilsiz xidmətləri, başladığı böyük missiyanın, siyasi kursunun layiqli davamçısı, prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi barədə ətraflı söz açılıb, bu mənalı ömrü əks etdirən video-roliklər nümayiş etdirilib.

Heydər Əliyevin xatirəsi LDU-da   ehtiramla yad olunub.


Mənbə:
Paylaş: