Geri

18/12/23

LDU təmsilçisi beynəlxalq təlimdə iştirak edib


UNEC-in 2022-ci ildə ERASMUS + proqramının KA2 fəaliyyət növü üzrə qalib olduğu “Azərbaycan universitetlərində yaşıl və dayanıqlı qlobal iqtisadiyyatın təkmilləşdirilməsi: Bərpa olunan enerji və iqlim dəyişikliklərinin azaldılması (REFRESH)” layihəsində çərçivəsində 3-9 dekabr tarixlərində İtaliyanın Boloniya Universitetinə (UNIBO) işgüzar səfər təşkil olunub. Səfərin əsas məqsədi yaşıl və dayanıqlı iqtisadiyyatın inkişafında UNIBO təcrübələrini öyrənmək idi. Bu təlimdə Lənkəran Dövlət Universitetini “Texnologiya və texniki fənlər” kafedrasının baş müəllimi Vüsalə Muradova təmsil edib.
Təlim proqramının ilk günü UNIBO-nun beynəlxalq məsələlər üzrə məsul olan professor-müəllim heyəti ilə REFRESH layihə konsorsiumuna üzv olan Azərbaycan (yerli) ali təhsil müəssisələri ilə görüş keçirilib. Görüşün ikinci hissəsində yerli ali təhsil müəssisələri üzrə nümayəndələr təmsil etdikləri universitetlər haqqında ətraflı məlumat, uğurları və REFRESH layihəsi müddətində atacaqları addımlar, fəaliyyət istiqamətləri haqqında xarici auditoriyaya məlumat veriblər.
Sözügedən təlim proqramının növbəti günlərində UNIBO-nun sənayə mühəndisliyi kafedrasının professor-müəllim heyəti (Matteo Gherardi, Andrea De Pascale, Beatrice Pulvirenti, Alberto Borghetti) Azərbaycan ali təhsil müəssisələrinin nümayəndələrinə yaşıl və dayanıqlı enerjinin inkişafı üçün gördükləri fəaliyyət, iqlim dəyişikliyinin təsirinin azaldılması istiqamətində göstərdikləri təşəbbüslər haqqında seminarlar təşkil edilib. Bundan əlavə UNIBO-nun tədqiqat və innovasiyalar mərkəzinin əməkdaşları (Livia Mercatelli e Franca Maria Mura, Samuele Giangrande, Natalia Rossi, Giuseppe Nottola) UNIBO-da tədqiqat və innovasiyalar sahəsinin inkişafı haqqında təqdimatla yerli auditoriya qarşısında çıxış ediblər və onların suallarını cavablandırıblar.
Təlim proqramının sonuncu günü Azərbaycan ali təshil müəssisələrinin nümayəndələri REFRESH layihəsi üzrə UNIBO-nun nümayəndələri ilə layihənin növbəti addımlarını müəyyən etmək məqsədilə yekun görüş keçirilib.




LDU təmsilçisi beynəlxalq təlimdə iştirak edib


Mənbə:
Paylaş: