Geri

13/02/24

“Manqurt” tamaşasına kollektiv baxış


Lənkəran Dövlət Universitetinin (LDU) kollektivi Lənkəran Dövlət Dram teatrının səhnəsində Akademik Milli Dram Teatrının “Manqurt” tamaşasını kollektiv şəkildə izləyib. Tamaşa Akademik Milli Dram Teatrının Lənkərana qastrol səfəri çərçivəsində nümayiş olunub. LDU-nun rektoru, prof. Natiq İbrahimov başda olmaqla universitetin professor, müəllim, işçi heyəti tamaşanın rejissor həllindən, aktyor oyunundan razı qaldıqlarını bildiriblər. Gur alqışlar altında aktyor heyətinə təzə-tər çiçəklər təqdim olunub.
Xatırladaq ki, Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanının motivləri əsasında hazırlanan tamaşanın bədii rəhbəri və quruluşçu rejissoru Anar Babalı, rejissoru İzamə Babayeva, rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistenti Könül Kərimovadır.
Birhissəli epik rəvayət olan səhnə əsərində əməkdar artistlər Mehriban Xanlarova, Elşən Rüstəmov, aktyorlar Ramin Şıxəliyev, Tural İbrahimov, Firuzə Balayeva, Elsevər Rəhimov iştirak ediblər.



“Manqurt”  tamaşasına kollektiv baxış


Mənbə:
Paylaş: