Geri

14/02/24

Cəlilabad məktəbliləri LDU-da olub


Milli Qəhrəman Vüqar Mürsəlov adına Cəlilabad rayon Göytəpə şəhər 1№-li tam orta məktəbin müəllimləri və yuxarı sinif şagirdləri Lənkəran Dövlət Universitetində (LDU) olublar. Universitetin Asudə vaxtın və tədbirlərin təşkili şöbəsinin müdiri, dos. Müşfiq Bayramov, Təbiyyat fakültəsinin dekanı dos.Ramiz Şəmmədov, Tarix və onun tədrisi metodikası kafedrasının müdiri dos.Kamal Mahmudov, Coğrafiya və onun tədrisi metodikası kafedrasının müdiri dos.Sənan Əzizov, Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri dos.Qədim Rufullayev şagirdlərə Lənkəran Dövlət Universitetinin son illərdə əldə etdiyi nailiyyətlər, tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə görülən işlər, universitetin təhsil həyatı-fakültələri, kafedraları, magistratura və bakalavratura səviyyəsi üzrə ixtisasları, dərs proqramları, tədris mühiti, təhsil göstəriciləri barədə şagird və müəllimlərə məlumat veriblər.
Cəlilabadlı şagird və müəllimlərə universitetlə tanışlıq imtahanı yaradılıb. Onlar tədris auditoriyaları, müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyalar, komputer otaqları, tələbə yataqxanaları ilə əyani tanış oublar.
Məktəbin müəllimləri Samirə Əmrahova, Aidə Fərzullayeva maraqlı görüş üçün Göytəpə şəhər 1№-li tam orta məktəbin direktoru və kollektivi adından universitet rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Cəlilabad məktəbliləri LDU-da olub


Mənbə:
Paylaş: