Geri

16/02/24

13 aprel 2024-cü il tarixində Lənkəran Dövlət Universitetində


Məlumat.

1. Fənn olimpiadası 13 aprel 2024-cü il tarixində, saat 10:30-da Lənkəran Dövlət Universitetinin II saylı tədris binasında (Lənkəran şəhəri, Əli Məmmədov küçəsi-40) keçiriləcəkdir;
2. Olimpiada, fizika, riyaziyyat, informatika, kimya, biologiya və coğrafiya fənləri üzrə keçiriləcəkdir (9,10,11 - sinif şagirdləri üçün);
3. İnformatika fənni üzrə olimpiada Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən təşkil olunan olimpiadada olduğu kimi kompüterdə proqramın yazılması və avtomatik qiymətləndirmə sistemi və yoxlanılması ilə aparılacaqdır;
4. Olimpiadada 3 açıq tipli sual olacaqdır (İmtahan müddəti 2 saat 30 dəqiqə);
5. Yalnız rəsmi siyahı üzrə adları qeyd olunan şagirdlər olimpiadada iştirak edəcək (Şəxsiyyət vəsiqəsi ilə);
6. Olimpiada otaqlarına telefon və digər əlavə vasitələrlə daxil olmağa icazə verilmir;
7. Olimpiadanın nəticələri, Lənkəran Dövlət Universitetinin rəsmi veb saytında (www.lsu.edu.az) elan ediləcəkdir.

Əlaqə: olimpiada@lsu.edu.az

13 aprel 2024-cü il tarixində Lənkəran Dövlət Universitetində


Mənbə:
Paylaş: