Geri

23/02/24

LDU tələbələri Afyonda


Lənkəran Dövlət Universiteti(LDU) ilə Afyon Kocatəpə Universiteti arasında Erasmus+ KA171 layihəsi çərçivəsində bağlanmış müqaviləyə əsasən LDU-nun Baytarlıq təbabəti ixtisasının 4-cü kursunda təhsil alan Şəndil İsmayılova, İsa Hüseynzadə, Sadiq Pənahlı və Pənah Amanov 1 semestrlik (yaz semesterində) Afyon Kocatəpə Universitetində təhsillərini davam etdirmək şansı qazanıblar.
Qeyd edək ki, tələbələrimiz artıq Türkiyədədirlər və Afyon Kocatəpə Universitetində qeydiyyatdan keçib tədris prosesinə başlayıblar. Tələbələrimizə uğurlar arzu edirik.

LDU  tələbələri Afyonda


Mənbə:
Paylaş: