Geri

09/04/24

Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimovun Ramazan bayramı münasibətilə Təbriki


Əziz tələbələr, Lənkəran Dövlət Universitetinin hörmətli professor- müəllim-işçi heyəti!
On bir ayın sultanı, müsəlman dünyasının ən əziz bayramı olan Ramazan ilahi hikmətlər, barış, əmin-amanlıq, xeyirxahlıq ayıdır. Ramazan ayının əsas fəziləti müqəddəs dini kitabımız Qurani-Kərimin məhz bu ayda Yer üzünə nazil olmasıdır. Ramazan insanları xeyirxah əməllərə, birlik və bərabərliyə dəvət edən, onlara əxlaqi saflığın, nəfs üzərində qələbənin və ruhi-mənəvi kamilliyin sevincini yaşadan mübarək aydır.
Tarixən Azərbaycan cəmiyyətində vəhdətin, həmrəyliyin və nümunəvi tolerantlıq mühitinin bərqərar olmasında İslam dini əhəmiyyətli rol oynamışdır. Milli-mənəvi dəyərlərinə hər zaman dərin bağlılıq nümayiş etdirən xalqımız öz adət-ənənələrini, dini ayin və mərasimlərini bu gün də layiqincə qoruyub saxlayır, o cümlədən, Ramazan bayramını hər il xüsusi təntənə ilə qeyd edir.
Bu əziz günlərdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatını qurban vermiş qəhrəman şəhidlərimizin ölməz xatirəsini bir daha ehtiramla yad edir, Allahdan rəhmət, ailələrinə səbir, qazilərimizə cansağlığı diləyirəm.
Çox şükür ki, xalqımız Ramazan ayını şükranlıq duyğuları və könül xoşluğu ilə yola salır. Bütün xalqımızı, o cümlədən, LDU ailəsini bu mübarək bayram münasibətilə ürəkdən təbrik edir, ailələrinizə səadət, xoş bayram ovqatı, bayram əhval-ruhiyyəsi, süfrələrinizə ruzi-bərəkət, dünyamıza, xalqımıza salamatlıq, firavanlıq, əmin-amanlıq arzulayıram. Allah orucunuzu qəbul etsin!
Ramazan bayramınız mübarək!

Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimovun Ramazan bayramı münasibətilə Təbriki


Mənbə:
Paylaş: