Geri

14/04/24

Lənkəran Dövlət Universitetində zona fənn olimpiadası keçirilib


Lənkəran Dövlət Universitetində (LDU) fizika, riyaziyyat, informatika, kimya, biologiya və coğrafiya fənləri üzrə zona fənn olimpiadası keçirilib. Keçirilən olimpiadada Biləsuvar, Cəlilabad, Masallı, Yardımlı, Lənkəran, Astara və Lerik rayonlarının ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri iştirak ediblər.
Bilik yarışmasına qatılan 500-ə yaxın şagird seçdikləri fənnlər üzrə 3 açıq tipli sualı 2 saat 30 dəqiqə ərzində yazılı cavablandırıblar. Olimpiada qalibləri üçün mükafatlandırma mərasimi keçiriləcək və onlara LDU-nun fəxri-fərman, diplom və qiymətli hədiyyələri təqdim olunacaq. Bilik yarışmasının nəticələri ilə bağlı LDU-nun rəsmi web saytında və facebook səhifəsində məlumat veriləcək.
Xatırladaq ki, LDU-da zona fənn olimpiadaları son 7 ildə ənənəvi olaraq hər il keçirilir.
Lənkəran Dövlət Universitetində zona fənn olimpiadası keçirilib


Mənbə:
Paylaş: