Geri

15/04/24

LDU əməkdaşları təlimdə iştirak edib.


Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin dəstəyi və “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə regionlarda yerləşən ali təhsil müəssisələrinin əməkdaşları üçün “Azərbaycanın regionlardakı ali təhsil müəssisələrinin beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsinə dəstək” layihəsinin ilk mərhələsi çərçivəsində 4 günlük təlim kursu baş tutub.
Təlim kursu əsnasında təlimçi – Gülşən Bayramova tərəfindən iştirakçılara ali təhsildə beynəlmilləlləşmə, Erasmus+ layihələri və həmin layihələrin yazılması, layihə dizaynı, tərəfdaşların seçilməsi və layihə büdcəsinin hazırlanması mövzuları barədə geniş məlumat verilib, iştirakçılarla beynəlxalq qrantlar üçün layihələrin hazırlanması ilə bağlı qrup işləri təşkil edilib. Həmçinin interaktivliyin qorunması məqsədi ilə əyləncəli oyunlar da həyata keçirilib.
Bu təlimdə Lənkəran Dövlət Universitetini Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Günel Məmmədova, həmin şöbənin Layihələrin idarə olunması üzrə mütəxəssisi Nuri Billurə, Tədrisin təşkili və təlim texnologiyalarının tətbiqi şöbəsinin müdiri Rəşad Fərəczadə təmsil edib.

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən elan olunan “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsinin qalib layihələrindən biridir.



LDU əməkdaşları təlimdə iştirak edib.


Mənbə:
Paylaş: