Geri

25/04/24

Təhsil Tələbə Krediti Fondu LDU-da maarifləndirici tədbir keçirib.


Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində "Təhsil Tələbə Krediti Fondu" Lənkəran Dövlət Universitetinin tələbələri və Maliyyə və mühasibat şöbəsinin əməkdaşları üçün maarifləndirici tədbir keçirib.
Fondun maliyyə və iqtisadiyyat şöbəsinin müdiri Tehranağa Abdullayev fondun fəaliyyəti, təhsil tələbə kreditinin verilmə şərtləri, sosial və standart növləri, təhsil tələbə krediti üzrə müraciətlərin edilməsi qaydaları, qeydiyyatı, tələbələrin statusunun və hüququnun müəyyən edilməsi və digər əməliyyatlar, bu məqsədlə yaradılan elektron informasiya sistemi, TTK-nin verilməsindən imtina almış tələbələrin növbəti semestrdə təkrar müraciət etmə qaydaları və s. barədə ətraflı məlumat verib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Təhsil Tələbə Krediti Fondu LDU-da  maarifləndirici tədbir keçirib.


Mənbə:
Paylaş: