Geri

01/12/23

LDU-nun müəllimləri “Beynəlxalq əlilliyi olan şəxslər günü” ilə bağlı Lənkəranda keçirilən ilk xeyriyyə sərgisində-fotolar


Lənkəran Dövlət Universitetinin professor-müəllim heyəti rektor, prof. Natiq İbrahimov başda olmaqla Lənkəran Şəhər İcra Hakimiyyəti, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi və Sosial Xidmətlər Agentliyinin Lənkəran-Astara Regional filialının birgə əməkdaşlığı ilə “Beynəlxalq əlilliyi olan şəxslər günü” münasibəti ilə keçirilən “Əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqların əl işlərindən ibarət satış sərgisi” nə baxış keçirib, burada nümayiş edilən əl işlərini satın almaqla cəmiyyətin həssas təbəqəsindən olan yaradıcı insanlara maddi və mənəvi dəstək olublar.
Qeyd edək ki, sərgidə Lənkəranla yanaşı Astara, Yardımlı, Cəlilabad, Masallı, Lerik rayonlarından sağlamlıq imkanları məhdud uşaq, yeniyetmə və əlilliyi olan şəxslərin (gənclər) əl işləri satışa çıxarılıb.

In english
A sales exhibition featuring handicrafts by people with disabilities and children with disabilities
The faculty of Lankaran State University, led by the rector, Prof. Natig Ibrahimov, visited the “Sales Exhibition of Handicrafts of Disabled Persons and Children with Disabilities” held on the occasion of the “International Day of Persons with Disabilities” in cooperation with the Lankaran City Executive Power, Lankaran-Astara Regional Youth and Sports Department and the Lankaran-Astara Regional Branch of the Social Services Agency, and provided material and moral support to creative people from vulnerable segments of society by purchasing the handicrafts displayed there.
It should be noted that, in addition to Lankaran, the exhibition featured handicrafts of children with disabilities, adolescents and persons with disabilities (youth) from Astara, Yardimli, Jalilabad, Masalli, and Lerik regions.

LDU-nun müəllimləri   “Beynəlxalq əlilliyi olan şəxslər günü” ilə bağlı Lənkəranda  keçirilən  ilk xeyriyyə sərgisində-fotolar


Mənbə:
Paylaş: