Geri
17/05/24
Elmi şurada imtahan sessiyasına hazırlığın vəziyyəti müzakirə edilib
Lənkəran Dövlət Universitetində (LDU) Elmi şuranın növbəti iclası keçirilib. Elmi şuranın sədri, universitetin rektoru prof. Natiq İbrahimov iştirakçıları gündəliklə tanış edib. Gündəlikdə duran məsələlərin müzakirəsinə keçməzdən əvvəl LDU-nun iki əməkdaşının təltifi həyata keçirilib. Universitetin “Xarici dillər və tərcümə” kafedrasının baş müəllimi Rəfael Heydərov ictimai və təhsil sahəsində səmərəli fəaliyyətinə və anadan olmasının 70 illiyi münasibətilə Lənkəran Şəhər İcra Hakimiyyətinin Fəxri-fərmanına və Lənkəran Dövlət Universiteti tərəfindən pul mükafatına layiq görülüb. Həmçinin LDU-nun Mətbuat xidmətinin rəhbəri Esmira İsmayılova Elm və Təhsil Nazirliyinin dəstəyi, Tərəfsiz (Parlament) Jurnalistlər İctimai Birliyinin təşkilatçılığı ilə “Təhsil mediada: Düzgün baxışın formalaşdırılması üsulları” layihəsi çərçivəsində həyata keçirilən müsabiqənin qalibi olduğuna görə təltif edilib. Mükafatları universitetin rektoru, prof. Natiq İbrahimov təqdim edib.
Elmi şurada müzakirəyə çıxarılan ilk məsələ “2023/2024-cü tədris ilinin yaz semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti. II kollkviumların gedişi” olub. Bu barədə məlumatı şura üzvlərinə Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor vəzifəsini icra edən dos. Zaur Məmmədov təqdim edib. Məlumatda bildirilib ki, 2023/2024-cü tədris ilinin yaz semestrinin imtahan sessiyası əyani təhsilalma forması üzrə bakalavriat və magistratura səviyyələrinin tədris qrupları üçün 03.06.2024-cü il tarixindən 04.07.2024-cü il tarixinədək, qiyabi təhsilalma forması üzrə bakalavriat səviyyələrinin I-IV tədris ili qrupları üçün 20.06.2024-cü il tarixindən 25.06.2024-cü il tarixinədək keçiriləcək. Bütün fakültələr üzrə imtahanlar iki növbədə təşkil ediləcək. İmtahan nəticələri operativ olaraq universitetin rəsmi saytında (www.lsu.edu.az) yerləşdiriləcək. Sessiya müddətində imtahan sessiyasında tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək məqsədilə Operativ qərargah fəaliyyət göstərəcək. İmtahan sеssiyаnın gеdişi zаmаnı imtаhаnlаrın nəticəsindən yаrаnа biləcək nаrаzılıqlаrın və şikаyətlərin mövcud qаydаdа аrаşdırılmаsı və müvafiq qərar qəbul edilməsi məqsədi ilə hər iki tədris binaları üzrə apellyasiya komissiyaları yaradılmışdır.
“Pedaqoji və istehsalat” təcrübələrinin gedişi” barədə məlumatı da dos. Zaur Məmmədov təqdim edib. Məlumatda deyilib ki, təcrübələrin təşkil olunduğu müvafiq müqavilələrin bağlandığı müəssisələrdə tələbələrin davamiyyətinə, pedaqoji təcrübə jurnallarının vaxtında doldurulmasına gündəlik nəzarət olunması Təcrübə, potensial inkişaf və karyera bölməsinin əməkdaşları tərəfindən həyata keçirilir. Bununla yanaşı dekan və kafedra müdirlərinə təcrübənin yaxından izlənilməsi ilə bağlı tapşırıqlar verilmiş, mütəmadi olaraq təcrübənin gedişatına nəzarət edilmişdir. Pedaqoji təcrübə zamanı tələbələr tərəfindən keçirilən sınaq dərsləri metodistlər və fənn müəllimləri tərəfindən müşahidə olunub, lazımi tövsiyələr, tapşırıqlar verilib, istehsalat və pedaqoji təcrübələrin gedişində heç bir ciddi nöqsan qeydə alınmayıb.
LDU nəzdində Sosial və Aqrar –Texnoloji Kollecdə 2023/2024-cü tədris ilinin yaz semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti barədə kollecin direktoru Leyla İbrahimova məlumat verib. Məlumatda deyilib ki, 2023/2024-cü tədris ilinin yaz semestrinin imtahan sessiyası əyani təhsilalma forması üzrə tədris qrupları üçün 03.06.2024-cü il tarixindən 04.07.2024-cü il tarixinədək, qiyаbi təhsilalma forması üzrə tədris qrupları üçün 04.06.2024-cü il tarixindən 08.06.2024-cü il tarixinədək olan müddətdə təsdiq olunmuş imtahan cədvəllərinə əsasən əyani formada keçiriləcəkdir. Qiyabi təhsilalma forması üzrə təhsil alan tələbələrə 2023/2024-cü tədris ilinin yaz semestrinin imtahan sessiyasında və dərslərdə iştirak etmələri ilə bağlı arayış-çağırışların göndərilməsi təmin edilmişdir. Ümumilikdə Kollec üzrə 2023/2024-cü tədris ilinin yaz semestrinin imtahan sessiyasında əyani və qiyabi təhsilalma formaları üzrə 20 ixtisas üzrə 27 qrupda 436 tələbə 149 fəndən imtahanlarda iştirak edəcəklər. Sessiya müddətində tələbələrin imtahan nəticələri “Teams” platformasında yerləşdiriləcək, imtahanın gedişi barədə məlumatlar kollecin rəsmi internet səhifəsində əks olunacaqdır.
Universitetin Elm və innovasiya məsələləri üzrə prorektoru dos. Elvin Əliyevin “Magistratura səviyyəsi üzrə dissertasiya işlərinin hazırlığı haqqında” məlumatında bu sahədə olacaq yeniliklər əksini tapıb.
Elmi şura iclasında bir neçə cari məsələyə də baxılıb. Belə ki, növbəti tədris ilindən LDU-da çalışan professor-müəllim heyətinin əmək haqqlarının ödənilməsində yeniliklər qüvvəyə minəcək. Əmək haqları artırılarkən onların tədris fəaliyyətindən əlavə, elmi fəaliyyətlərinin dəyərləndirilməsindən alınan nəticələr də əsas götürüləcəkdir. Bu məqsədlə LDU-nun Elektron Universitet layihəsi çərçivəsində Məlumat-Qiymətləndirmə və Monitoring Sisteminin yaradılmasına start verilib. Sistemin bazasında professor-müəllim heyətinin hər bir üzvü üçün Elektron kabinet açılacaq və onların elmi nailiyyətləri haqqında məlumatlar müəlliflər tərəfindən tələb olunan sahələr üzrə doldurulacaqdır. Bu yenilik professor-müəllim heyətinin əmək haqlarının ödənilməsində onların elmi fəaliyyətinin dəyərləndirilməsinə imkan verəcək. Hazırda sistemin layihələdirilməsi üzrə işlər yekunlaşma ərəfəsindədir.
Həmçinin alt qrupların formalaşması zamanı qarşıya çıxan maliyyə çətinliklərini aradan qaldırmaq məqsədlə şuraya təklif olunub ki, növbəti tədris ilindən 15 sentyabr və 16 fevraladək alt qruplarda təhsil alacaq tələbələr müqavilə imzalasın və müvafiq ödənişlər vaxtında ödənilsin.
Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor vəzifəsini icra edən dos. Zaur Məmmədovun digər təklifi də elmi şurada dəstəklənib. Z. Məmmədov bildirib ki, jurnallar üzrə aparılan monitorinqlərin nəticələri narahatlıq doğurur. Belə ki, tələbələrin əksəriyyəti mühazirə dərslərində iştirak etsələr də, demək olar ki, seminar və laboratoriya dərslərində aktiv iştirak etmirlər. Buna görə də növbəti tədris ilindən laboratoriya işlərinin 75% yerinə yetirməyən və seminar məşğələlərdən hər ayda 1 dəfə olmaqla 3 qiyməti olmayan tələbələrin nəticələrinin qəbul edilməməsi vacib hesab edilib.
Şura iclasında müzakirəyə çıxarılan məsələlər barədə qərar qəbul edilib.

Mənbə: