Geri
14/06/24
LDU-da 15-İyun Milli Qurtuluş Gününə həsr olunmuş Dəyirmi masa keçirilib
Lənkəran Dövlət Universitetində (LDU) 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Heydər Əliyev müasir Azərbaycanın qurucusudur” mövzusunda Dəyirmi masa keçirilib. Tədbir Ümummillli lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü, vətənimizin müstəqilliyi uğrunda qurban gedən şəhidlərin xatirəsinin 1 dəqiqəlik sükutla anılması ilə başlanıb. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səslənib.
Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor vəzifəsini icra edən dos. Zaur Məmmədov tədbir iştirakçılarını 15 İyun-Milli Qurtuluş Günü münasibəti ilə rektor, prof. Natiq İbrahimovun adından təbrik edərək bildirib ki, Azərbaycanın müasir tarixini Milli Qurtuluş Günündən və bu günə səbəb olan Ümummilli liderimiz Heydər Əliyevin möhtəşəm qayıdışından ayrı təsəvvür etmək mümkün deyil. Müasir Azərbaycanın hər bir uğurunun kökündə milli qurtuluşumuzdan başlanan müdrik Heydər Əliyev siyasəti dayanır. “Ulu öndər Heydər Əliyevin 1993-cü ilin 15 iyununda möhtəşəm qayıdışı olmasaydı və milli qurtuluşumuz baş tutmasaydı, tamam fərqli bir Azərbaycanda yaşamağa məhkum olardıq” deyən dos. Zaur Məmmədov qeyd edib ki, 1990-cı illərin əvvəlində Azərbaycan dərin siyasi, sosial-iqtisadi böhran keçirirdi, ölkədə xaos, anarxiya baş alıb gedirdi. Azərbaycanın sürətli inkişaf dövrünün məhz Milli Qurtuluş Günü ilə başladığını vurğulayan dos. Zaur Məmmədov həmin siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Dəyirmi masada Tarix və onun tədrisi metodikası kafedrasının müdiri, dos. Kamal Mahmudov, “Pedaqogika, psixologiya və incəsənət” kafedrasının müdiri dos. Afiq Əliyev çıxış edərək 15 İyun Milli Qurtuş Gününü doğuran tarixi şəraitdən, Heydər Əliyevin Azərbaycanın bütövlüyünü qorumaq istiqamətində apardığı müdrik siyasətdən, bu siyasətin uğurlu nəticələrindən, prezident İlham Əliyevin H.Əliyev yolunu uğurla davam etdirməsindən ətraflı söz açıblar. Bildirilib ki,15 İyun təkcə dövlətçiliyimizin xilası deyildi, bu, həm də 44 günlük müharibədə ölkə rəhbəri, Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan möhtəşəm qələbənin təməli idi. Çıxışlarda qeyd edilib ki, bu gün qazanılan uğurların əsasında ümummilli liderin müəyyənləşdirdiyi və miras qoyduğu siyasi kurs və bu kursun Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi faktoru dayanır.

Mənbə: