Geri

12/07/24

Hörmətli həmkarlar, əziz oxucular!


Böyük fərəh və qürur hissi ilə nəzərinizə çatdırırıq ki, Lənkəran Dövlət
Universitetinin təsis etdiyi Technical and Agrarian Sciences (Texnika və Aqrar
elmləri) Beynəlxalq Elmi-Praktiki jurnalı BMT-nin Beynəlxalq Kənd Təsərrüfatı
və Ərzaq Təşkilatının (FAO) AGRİS beynəlxalq xülasələndirmə və indeksləmə
sisteminə (bazasına) daxil edilmiş və ona AGRİS – AZ7 identifikasiya kodu
verilmişdir. Jurnalın Web səhifəsi- https://lsu.edu.az/new/eng/index.php
Mənbə: https://www.fao.org/agris/data-provider/lankaran-state-university
Məlumat üçün bildiririk ki, AGRİS beynəlxalq xülasələndirmə və indeksləmə
sistemi (bazası) Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya
Komissiyasının texnika, aqrar və biologiya elm sahələri üzrə təsdiq etdiyi dövri elmi nəşrlərin daxil olduğu beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinin (bazalarının) siyahısına daxildir.
Bu xoş hadisə münasibətilə Lənkəran Dövlət Universitetinin kollektivini,
jurnalın Redaksiya heyətini və oxucularını təbrik edir, bu işdə əməyi olan hər kəsə
təşəkkür edirik.

Hörmətli həmkarlar, əziz oxucular!


Mənbə:
Paylaş: