Geri
19/07/24
Tələbələr üçün yay məktəbi
15-18 iyul 2024-cü il tarixində Lənkəran Dövlət Universiteti (LDU) və Bakı Slavyan Universitetinin (BSU) birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası-COP29 çərçıvəsində hər iki universitetin tələbələri üçün yay məktəbi təşkil olunub.
Yay məktəbinin proqramına uyğun olaraq 15 iyul 2024-cü ildə “Qlobal ekoloji problemlər və iqlim dəyişkənliyi” mövzusunda təlim təşkil olunub. Təlimdən sonra yay məktəbinin iştirakçıları üçün Qızılağac Milli Parkına ekuskursiya təşkil edilib və onlara Milli Parkla tanışlıq imkanı yaradılıb.
16 iyul 2024-cü il tarixində “İqlim dəyişkənliyinin enerji təhlükəsizliyinə təsiri və “Amerika, Asiya və Sakit okean bölgəsində əsas ekoloji təsirlər” mövzusunda təlimlər keçirilib. Təlimlərdən sonra iştirakçılar Hirkan Milli Parkına ekskursiyaya gediblər və Milli Parkla tanış olublar.
17 iyul 2024-cü il tarixində Lənkəran Dövlət Universitetinin rektoru, prof. Natiq İbrahimov və Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyevin tələbələrlə görüşü keçirilib. Görüş zamanı rektorlar iki universitet arasında möhkəmlənən əlaqələrdən, yay məktəbinin tələbələrə qazandırdığı geniş təcrübədən söz açıblar, iki universitet arasında tələbə mübadiləsinin mümkünlüyündən danışıblar. Növbəti illərdə geniş tərkibdə yay məktəbinin təşkil olunmasının əhəmiyyətindən bəhs olunub, Yaşıl dünya naminə həmrəylik ili çərçıvəsində və ölkəmizdə keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 tədbiri ilə bağlı bu tip tədbirlərin əhəmiyyətli olduğu qeyd edilib. Bakı Slavyan Universitetinin rektoru Anar Nağiyev yay məktəbinin tələbələri qarşısında İqlim dəyişikliyini törədən səbəblər, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 Tədbirinin Azərbaycanda keçirilməsinin önəmi, iqlim dəyişikliyi ilə mübarizədə Azərbaycan Respublikasinin həyata keçirdiyi tədbirlər və iqlim dəyişikliyi ilə mübarizədə ölkəmizin rolu haqqında məruzə edib. Daha sonra “İqlim dəyşikliyi və insan inkişafı” mövzusunda təlim keçirilib. Yay məktəbinin iştirakşıları İstisu çay plantasiyasına səfər ediblər. Ekskursiya zamanı tələbələr çay plantasiyasının iş prosesi, çayın yığılması, emalı və qablaşdırılması mərhələləri haqqında ətraflı məlumat alıblar. Bu praktiki təcrübə tələbələrin nəzəri biliklərini genişləndirmək və kənd təsərrüfatı sahəsində dərin anlayış əldə etmək üçün əvəzsiz bir fürsət olub.
Mənbə: