Geri
27/09/24
LDU-da 27 Sentyabr- Anım Günündə şəhidlərin xatirəsi yad olunub
Bu gün Azərbaycan xalqının tarixində ağrılı olduğu qədər də şərəfli bir gündür. Xalqımız Vətən müharibəsinin başlanmasının 4-cü ildönümünü qeyd edir. 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən İkinci Qarabağ müharibəsi zamanı Lənkəran Dövlət Universitetinin (LDU) 11 məzunu şəhid olub.
27 Sentyabr-Anım Günü ilə əlaqədar bu gün Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Lənkəran Dövlət Universitetinin rektoru, prof. Natiq İbrahimov, rayon hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailəsinin üzvləri, universitetin professor-müəllim-tələbə heyətinin üzvləri LDU-nun I saylı tədris korpusunda universitetin şəhid məzunlarının xatirəsinə inşa edilmiş abidəni ziyarət edərək önünə təzə-tər qərənfillər düzüblər.
Xatırladaq ki, Vətən Müharibəsi Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış şanlı bir səhifədir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz 30 ilə yaxın işğal altında olan doğma torpaqlarımızı azad edib. 44 günlük müharibə dövründə Azərbaycan əsgəri əsl qəhrəmanlıq, şücaət və fədakarlıq nümunəsi göstərərək canları, qanları bahasına torpaqlarımızın azadlığı, ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə aparıblar.
Bu gün bütün ölkə ərazisində şəhidlərimizin xatirəsi yad edilir, onların qəhrəmanlıqları bir daha yada salınır.

Mənbə: