Geri
04/10/24
Elmi şurada payız-qış mövsümünə hazırlığın vəziyyəti müzakirə edilib
Lənkəran Dövlət Universitetində (LDU) Elmi şuranın növbəti iclası keçirilib. İclası Elmi şuranın sədri, LDU-nun rektoru, prof. Natiq İbrahimov açıb. Prof. Natiq İbrahimov Elmi şuranın gündəliyində duran məsələlərin həllinə keçməzdən əvvəl universitetin professor-müəllim heyətini 5 Oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edərək bayram arzularını bildirib, universitetin bütün kollektivinə bayramla əlaqədar pul mükafatlarının verilməsini iştirakçıların diqqətinə çatdırıb.
Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor vəzifəsini icra edən
dos. Zaur Məmmədov “2024/2025-cü tədris ilinin I semestrində tədrisin gedişi, kollokviumlara hazırlığın vəziyyəti” barədə məlumat verib. Məlumatda deyilib ki,
2024/2025-ci tədris ilinin payız semestrində 16 sentyabr tarixindən əyani təhsilalma forması üzrə bütün qruplarda dərslər başlanmış, qiyabi təhsilalma formasının 1-ci tədris ili tələbələrinə isə 14.10.2024-cü il tarixində dərslərin başlanılması və 25.10.2023-cü il tarixində yekunlaşması nəzərdə tutulmuşdur. Hal hazırda bakalavriat səviyyəsində 44 ixtisas, magistratura səviyyəsində isə 36 ixtisaslaşma üzrə kadr hazırlığı aparılır. Universitetdə bakalavriat üzrə 6293, magistratura üzrə 418 tələbə olmaqla 6711 tələbə təhsil alır. 2024/2025-ci tədris ilinin payız semestrində I kollokviumlar əyani təhsilalma forması üzrə 11.11.2024-ci il tarixində başlayaraq 20.11.2024-cü il tarixinədək davam edəcəkdir. İkinci kollekviumların isə 16.12.20224-25.12.2024-cü il tarixinədək keçirilməsi planlaşdırılır.
“Universitetdə qış mövsümünə hazırlığın vəziyyəti və texniki-təsərrüfat sahəsində görülmüş işlər haqqında” Təsərrüfat işləri və iqtisadi məsələlər üzrə prorektor Azər Əliyev məlumat verib. Məlumatda bildirilib ki, artıq mövsümə hazırlıq işləri yekunlaşmaq üzrədir, bütün tədris korpuslarında və tələbə yataqxanalarında cari təmir işləri sona çatdırılıb, su-kanalizasiya, istilik sistemləri təmir edilərək saz hala gətirilib, internet verilişi təmin edilib.
Sosial məsələlər üzrə prorektor vəzifəsini icra edən dos. Ramiz Şəmmədov “Yeni tədris ilində universitetin yataqxanalarının vəziyyəti” barədə danışıb. Bildirib ki, 160 yerlik qızlar, 250 yerlik oğlanlar yataqxanası cari tədris ilinə tam hazırlanıb. Yataqxanalardan tələbələrin tədris korpuslarına daşınması məqsədilə LDU tərəfindən nəqliyyat vasitəsinin ayrılmasını tələbələrə böyük güzəşt kimi dəyərləndirib.
LDU-nun Baş elmi katibi, dos. Allahşükür Quliyevin “Azərbaycan müəllimi qəzetində dərc olunmuş elana əsasən seçkilərin keçirilməsi” barədə məlumatından sonra universitetdə vakant olan seçkili vəzifələrə gizli səsvermə yolu ilə seçki keçirilib.
Elmi şurada cari məsələlərə də baxılıb və müzakirə edilən bütün məsələlər barədə qərar qəbul olunub.

Mənbə: