Geri

24/10/24

Erasmus+ KA171 layihəsi


14-18 oktyabr 2024-cü il tarixlərində Lənkəran Dövlət Universitetinin İqtisadiyyat və innovativ idarəetmə kafedrasının müdiri, dos. Aytəkin Əfəndiyeva Erasmus+ KA171 layihəsi çərçivəsində Türkiyənin Kastamonu Universitetinə səfər etmiş, “Input-Output model with pollutants included” (Tullantıların Xərclər-buraxılış modelində nəzərə alınması) mövzusunda elmi seminarda çıxış etmişdir.
17 müxtəlif ölkənin qatıldığı həmin tədbirdə əməkdaşlıq istiqamətlərinin genişləndirilməsi, müəllim və tələbə mübadiləsi, akademik səviyyədə birgə həyata keçirilən layihələr müzakirə edilmişdir.

Erasmus+ KA171 layihəsi


Mənbə:
Paylaş: