Geri
10/12/24
LDU nümayəndə heyəti Macarıstanın Debrecen Universitetində olub
Lənkəran Dövlət Universitetinin nümayəndə heyəti LDU-nun rektoru, prof. Natiq İbrahimov başda olmaqla 1-6 dekabr 2024-cü il tarixində beynəlxalq təhsil əlaqələrinin genişləndirilməsi, yeni əməkdaşlıq müqavilələrinin imzalanması və gələcəkdə ikili diplom layihələrinin həyata keçirilməsi məqsədilə Macarıstan və Rumıniyaya rəsmi səfər edib.
LDU nümayəndə heyətinin rəsmi səfəri 01-02 dekabr tarixlərində Macarıstanın Debrecen Universiteti ilə tanışlıqdan başlayıb. Səfərin ilk günü Debrecen universitetinin baş rektor müavini, rektor vəzifəsini icra edən prof. Dr. Károly Pető və Koordinasiya və Strategiya üzrə direktor Oksana Kiszil və başqaları Lənkəran Dövlət Universitetinin rektoru, prof. Natiq İbrahimov və LDU-nun nümayəndə heyəti ilə görüşüblər.
Görüş zamanı LDU ilə Debrecen universiteti arasında mövcud olan əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, müəllim-tələbə mübadiləsinin həyata keçirilməsi və s. mövzuda geniş diskussiya aparılıb. Lənkəran Dövlət Universitetinin rektoru, prof. Natiq İbrahimov söhbət zamanı iki universitet arasındakı yaxın əlaqələrin iki ölkə arasında olan dostluq münasibətlərindən, qarşılıqlı əməkdaşlıqdan qaynaqlandığını vurğulayıb. Bildirib ki, universitetlər arasındakı əlaqələrin genişləndirilməsi tələbələr üçün xaricdə təhsil imkanlarının əlçatanlığının təmin edilməsinə şərait yaradacaq. Prof. Natiq İbrahimov universitetlər arasında ikili diplom layihəsinin həyata keçirilməsi üçün müvafiq addımların atılmasının vacibliyini qeyd edib.
Görüşdən sonra səfər proqramına uyğun olaraq Debrecen universitetinin iqtisadiyyat, qida mühəndisliyi, aqronomluq fakültələri ilə tanışlıq olub, universitetin maddi-texniki bazasına baxış keçirilib. Səfərin sonunda xatirə hədiyyələri təqdim edilib.
Xatırladaq ki, Debrecen universiteti qədim tarixə malikdir, əsası 1538-ci ildə qoyulub. Qeyd edək ki, səfər Avropa universitetləri ilə LDU arasında tədris sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, birgə tədqiqat və innovasiya layihələrinin həyata keçirilməsi məqsədini daşıyır. Səfər zamanı keçirilən görüşlərdə əldə olunan razılaşmalar çərçivəsində Erasmus+ proqramı vasitəsilə tələbə və müəllimlər üçün Avropa universitetlərində təhsil və tədqiqat imkanlarının genişləndirilməsi, ikili diplom və ortaq tədqiqat layihələrinin həyata keçirilməsi, təhsil prosesində yeniliklərin tətbiqi istiqamətində işlər aparılması barədə razılıq əldə olunub ki, bu da Lənkəran Dövlət Universitetinin beynəlxalq arenada nüfuzunun artması, tədrisin modernləşdirilməsi, elmi isiqamətdə inkişafı və s. üçün geniş perspektivlər açır.

In english
LSU delegation visited the University of Debrecen, Hungary
A delegation of Lankaran State University, led by LSU Rector Prof. Natig Ibrahimov, paid an official visit to Hungary and Romania on December 1-6, 2024, with the aim of expanding international educational relations, signing new cooperation agreements, and implementing dual diploma projects in the future.
The official visit of the LSU delegation began with an acquaintance with the University of Debrecen, Hungary, on December 1-2. On the first day of the visit, the Deputy Rector of Debrecen University, Acting Rector Prof. Dr. Károly Pető and the Director for Coordination and Strategy Oksana Kiszil and others met with the Rector of Lankaran State University, Prof. Natig Ibrahimov, and the LSU delegation.
During the meeting, a wide discussion was held on the expansion of existing cooperation relations between LSU and the University of Debrecen, implementation of teacher-student exchange, etc. The rector of Lankaran State University, Prof. Natig Ibrahimov, emphasized during the conversation that the close relations between the two universities stem from the friendly relations and mutual cooperation between the two countries. He noted that the expansion of relations between the universities will create conditions for ensuring the accessibility of educational opportunities abroad for students. Prof. Natig Ibrahimov noted the importance of taking appropriate steps to implement the dual diploma project between the universities.
After the meeting, in accordance with the visit program, they were introduced to the faculties of economics, food engineering, and agronomy of the University of Debrecen, and inspected the university's material and technical base. At the end of the visit, commemorative gifts were presented.
It should be noted that the University of Debrecen has an ancient history, it was founded in 1538. It should be noted that the visit aims to develop cooperation in the field of education between European universities and LSU, implement joint research and innovation projects. Within the framework of the agreements reached during the meetings held during the visit, an agreement was reached to expand educational and research opportunities for students and teachers at European universities through the Erasmus+ program, implement double diplomas and joint research projects, and carry out work towards introducing innovations in the educational process, which opens up broad prospects for increasing the prestige of Lankaran State University in the international arena, modernization of education, development in the scientific direction, etc.
Mənbə: