Xəbər lenti



Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimovun 8 Noyabr-Zəfər Günü və 9 Noyabr-Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü  münasibətilə LDU-nun və universitetin nəzdindəki Sosial və  Aqrar-Texnoloji Kollecin professor, müəllim,tələbə, işçi heyətinə Təbriki

Əziz tələbələr, hörmətli professor-müəllim-işçi heyəti, dəyərli valideynlər!8 Noyabr Azərbaycan tarixinin ən şərəfli, sevincli günlərindən biridir-Zəfər Günüdür. 4 il öncə Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin komandanlığı altında 30 il düşmən tapdağında qalan əzəli dədə-baba torpaqlarımızı işğaldan azad etməklə tarixinin ən şərəfli səhifəsini yazdı. Azərbaycan Prezidentinin polad iradəsi, Azərbaycan Ordusunun yenilməz gücü və Azərbaycan xalqının sarsılmaz birliyi qarşısında düşmən diz çökdü, məğlub oldu, xalqımız tarixi Zəfərini qazandı. 8 Noyabr Azərbaycan tarixinə qızıl hərflərlə, şərəf salnaməmiz, qürur günümüz kimi yazıldı. Zəfərimizin ...

LDU  “QS Ali Təhsil Pre-sammiti: Asiya Sakit Okean 2024”də təmsil olunub.

Noyabrın 1-də Əl-Fərabi adına Qazax Milli Universitetində dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan “QS” Beynəlxalq Reytinq Agentliyinin təşkilatçılığı ilə keçirilən “QS Ali Təhsil Pre-sammiti: Asiya Sakit Okean 2024”-də Lənkəran Dövlət Universiteti də iştirak edir. Sammitə Azərbaycanın 8 aparıcı ali təhsil müəssisəsindən biri kimi qatılan LDU-nu universitetin rektoru, prof. Natiq İbrahimov, Elm və innovasiya məsələləri üzrə prorektor, dos. Elvin Əliyev, Beynəlxalq əməkdaşlıq şöbəsinin Beynəlxalq dil mərkəzinin rəhbəri Ülviyyə Mirzəyeva təmsil edirlər.Sammit çərçivəsində Lənkəran Dövlət Universitetinin nümayəndə heyəti Asiyanın və Qazaxıstanın ...

LDU tələbələri  Baytarlıq Elmi-Tədqiqat İnstitutunda kliniki-təcrübə dərsləri keçir

16 sentyabr 2024-cü il tarixindən Lənkəran Dövlət Universitetinin “Baytarlıq” fakültəsinin “Baytarlıq təbabəti” ixtisası üzrə təhsil alan V tədris ili tələbələri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Baytarlıq Elmi-Tədqiqat İnstitutunda kliniki - təcrübə dərsləri keçir. Ötən müddət ərzində tələbələr institutun bütün laboratoriyaları ilə yaxından tanış olublar. İlkin təcrübəyə tələbələr institutun "Quş xəstəlikləri şöbəsi" laboratoriyasından başlayıblar. Baytarlıq Elmi-Tədqiqat İnstitutunun Quş xəstəlikləri şöbəsinin müdiri, istehsalat təcrübəsinin rəhbəri, aqrar.e.ü.f.d., dosent Mirzəmməd Həsənov tələbələrə innovativ texnologiyaların tətbiqi olaraq fittobiotik təsirli bitkilərin müxtəlif infeksion xəstəliklərinə qarşı müalicə-profilaktika ...

Erasmus+ KA171 layihəsi

14-18 oktyabr 2024-cü il tarixlərində Lənkəran Dövlət Universitetinin İqtisadiyyat və innovativ idarəetmə kafedrasının müdiri, dos. Aytəkin Əfəndiyeva Erasmus+ KA171 layihəsi çərçivəsində Türkiyənin Kastamonu Universitetinə səfər etmiş, “Input-Output model with pollutants included” (Tullantıların Xərclər-buraxılış modelində nəzərə alınması) mövzusunda elmi seminarda çıxış etmişdir. 17 müxtəlif ölkənin qatıldığı həmin tədbirdə əməkdaşlıq istiqamətlərinin genişləndirilməsi, müəllim və tələbə mübadiləsi, akademik səviyyədə birgə həyata keçirilən layihələr müzakirə edilmişdir.

SDU nümayəndələri LDU-da olub

Sumqayıt Dövlət Universitetinin (SDU) rektoru Rüfət Əzizovun başçılıq etdiyi nümayəndə heyəti Lənkəran Dövlət Universitetində (LDU) olub. SDU-nun nümayəndə heyətini Lənkəran Dövlət Universitetinin rektoru, prof. Natiq İbrahimov qəbul edib. Görüşdə hər iki universitet arasında ikili əməkdaşlıq, birgə elmi tədqiqat işlərinin aparılması, tədris sisteminin təşkili, həmçinin, universitetlərin beynəlxalq reytinq cədvəllərində, o cümlədən, QS sistemində iştirakı və digər məsələrlə bağlı geniş fikir mübadiləsi edilib.Görüşdən sonra qonaqlar LDU-nun professor-müəllim-tələbə heyəti ilə görüşüb, universitetin tədris, təhsil həyatı, laboratoriyaları, yataqxanaları ilə yaxından tanış olublar.Sumqayıt Dövlət ...

LDU-da keçirilən Beynəlxalq elmi-praktiki konfrans müasir inteqrasiya proseslərinə həsr olunub

Lənkəran Dövlət Universitetində (LDU) “Türk dövlətləri tərkibində inteqrasiya prosesləri: Müasir çağırışlar və hədəflər” mövzusunda Beynəlxalq elmi-praktiki konfrans keçirilib. Onlayn və canlı formatda keçirilən konfransa Türkiyə, Macarıstan, Özbəkistan, Ruminiya, Qazaxıstan, Qırğızıstan və s. ölkələrin ali təhsil ocaqlarından və elmi təşkilatlarından nümayəndələr qatılıb. Ümumilkdə, 25 ali təhsil müəssisəsi və elmi təşkilatlarının nümayəndələri Beynəlxalq elmi-praktiki konfransa humanitar elmlər, təbiyyat və riyaziyyat elmləri, aqrar və iqtisadiyyat elmləri bölmələri üzrə 80 tezis təqdim ediblər.Lənkəran Dövlət Universitetinin rektoru, prof. Natiq İbrahimov Beynəlxalq elmi-praktiki konfransı açaraq iştirakçıları ...

Elmi şurada payız-qış mövsümünə hazırlığın vəziyyəti müzakirə edilib

Lənkəran Dövlət Universitetində (LDU) Elmi şuranın növbəti iclası keçirilib. İclası Elmi şuranın sədri, LDU-nun rektoru, prof. Natiq İbrahimov açıb. Prof. Natiq İbrahimov Elmi şuranın gündəliyində duran məsələlərin həllinə keçməzdən əvvəl universitetin professor-müəllim heyətini 5 Oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edərək bayram arzularını bildirib, universitetin bütün kollektivinə bayramla əlaqədar pul mükafatlarının verilməsini iştirakçıların diqqətinə çatdırıb.Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor vəzifəsini icra edəndos. Zaur Məmmədov “2024/2025-cü tədris ilinin I semestrində tədrisin gedişi, kollokviumlara hazırlığın vəziyyəti” barədə məlumat verib. Məlumatda deyilib ...

LDU-da COP 29-la bağlı növbəti tədbir iqlim dəyişikliklərinə həsr olunub

Lənkəran Dövlət Universitetində LDU və Azərbaycan Dövlət İqtisad Universiteti Rus İqtisad Məktəbinin birgə təşkilatçılığı ilə “COP 29: İqlim dəyişikliyi və reogional iqtisadiyyata yeni yanaşma” mövzusunda Dəyirmi masa təşkil edilib. Dəyirmi masanı LDU-nun Elm və innovasiya məsələləri üzrə prorektoru, dos. Elvin Əliyev açaraq tədbirin mahiyyəti, müzakirə olunacaq məsələlər, COP 29-un Azərbaycanda keçirilməsinin əhəmiyyəti və s. barədə açıqlama verib.Dəyirmi masada Rus iqtisad məktəbinin direktoru, UNEC Koqnitiv iqtisadiyyat mərkəzinin rəhbəri dos. Mənsur Bərxudarov “COP 29: İqlim dəyişikliyi və reogional iqtisadiyyata yeni yanaşma” mövzusunda ...

LDU-da 27 Sentyabr- Anım Günündə şəhidlərin xatirəsi yad olunub

Bu gün Azərbaycan xalqının tarixində ağrılı olduğu qədər də şərəfli bir gündür. Xalqımız Vətən müharibəsinin başlanmasının 4-cü ildönümünü qeyd edir. 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən İkinci Qarabağ müharibəsi zamanı Lənkəran Dövlət Universitetinin (LDU) 11 məzunu şəhid olub. 27 Sentyabr-Anım Günü ilə əlaqədar bu gün Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Lənkəran Dövlət Universitetinin rektoru, prof. Natiq İbrahimov, rayon hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailəsinin üzvləri, universitetin professor-müəllim-tələbə heyətinin üzvləri LDU-nun I saylı tədris korpusunda ...

LDU-da “Plastik Yaşıl Dünya naminə” mövzusunda Dəyirmi masa

Lənkəran Dövlət Universitetində (LDU) Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələn vəzifələrin icrası və COP 29-la bağlı silsilə tədbirlər davam etdirilir. Növbəti belə tədbirlərdən biri Vətəndaş cəmiyyəti, elm və təhsil sektorlarının birgə əməkdaşlığı ilə ərsəyə gələn “Plastik Yaşıl Dünya naminə” mövzusunda Dəyirmi masa olub. LDU-nun rektoru, prof. Natiq İbrahimov tədbirin tərəfdaşlarından olan ETN Radiasiya Problemləri İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, “Ruzgar” İctimai Birliyinin sədri, prof. İslam Mustafayevi və ...