Xəbər lenti
LənkəranDövlət Universiteti (LDU) ilə Qars Qafqaz Universiteti arasında olan AkademikƏməkdaşlıq Protokolu çərçivəsində Baytarlıq ixtisası V tədris ilinin 12 tələbəsi28 fevral 2023-cü il tarixində istehsalat təcrübəsi keçmək üçün TürkiyəRespublikasının Qars Qafqaz Universitetinə gediblər. Tələbələrin Türkiyəyə göndərilməsiüçün tələb olunan bütün xərclər LənkəranDövlət Universiteti tərəfindən qarşılanıb. Tələbələr 4 ay müddətində Qarsda təcrübəkeçəcəklər.Eynizamanda qarşılıqlı əməkdaşlıq çərçivəsində Qars Qafqaz universitetininprofessor-müəllim heyəti Lənkəran Dövlət Universitetinin Baytarlıq ixtisası tələbələrinəmühazirə oxumaq üçün Türkiyədən dəvət olunub.
LənkəranDövlət Universitetində (LDU) 8 Mart –Beynəlxalq Qadınlar Günü münasibətiləbayram tədbiri keçirilib. LDU-nun rektoru, professor Natiq İbrahimovununiversitetin xanım əməkdaşlarına bayram təbrikini Elmi katib Allahşükür Quliyev təqdim edib. Təbrik mətnində 8 Mart BeynəlxalqQadınlar Bayramının tarixinə ekskursiya edilib, Azərbaycan qadınının ölkəninictimai-siyası həyatında artan rolundan söz açılıb, Lənkəran DövlətUniversitetinin əldə etdiyi uğurlarda universitetdə çalışan xanım əməkdaşlarınböyük əməyinin olduğu qeyd edilib, onlara minnətdarlıq bildirilib, universitetrəsmisinin bayram arzuları çatdırılıb.SonraLDU-nun ictimai həyatında yaxından iştirak edən, fəallıqları ilə seçilən qadınlarınbir qrupuna universitetin Həmkarlar İttifaqı Komitəsi tərəfindən “Təşəkkürnamə”lərtəqdim edilib, ...
Yer üzündəbayramlar çoxdur. Amma onların ən gözəli 8 Mart Beynəlxalq Qadınlar bayramıdır.Çünki, qadınlar yer üzünün bəzəyi, dünyanın yaraşığıdır. Qadın gülürsə, bütün bəşəriyyətgülür, əli dəyən hər yer cənnətə çevrilir. “Cənnət anaların ayaqlarıaltındadır” deyimi analara olan böyük sevginin etirafı kim səslənir.Qadın anadır, bacıdır, evlərimizin yaraşığı olanqızlarımızdır. Qadın həm də bu gün cəmiyyətin aparıcı qüvvəsidir-alimdir, müəllimdir,mühəndisdir, şairdir-bir sözlə, yaradıcı insandır. Qadın həm də anadır. Anatanrının, yaradılışın şah əsəridir. Bütün ziyalıları, dahiləri ana dünyaya gətirir,böyüdür, tərbiyə edir. Bu, dünən də belə idi, bu gün ...
Bu barədə Lənkəran Dövlət Universitetində (LDU) fəaliyyət göstərən Elmi şuranın 28 fevral tarixində keçirilən iclasında söz açılıb. Elmi şuranı açan universitetin rektoru, şuranın sədri prof. Natiq İbrahimov cari tədris ilinin növbəti semestrində qarşıda duran əsas vəzifələrdən, ali təhsil müəssisəsinin hədəflərindən söz açanda semestr imtahanlarının keçirilməsi formasında dəyişliklərin edilməsinin vacibliyini xüsusi vurğulayıb.Elmi şurada ilkin müzakirəyə çıxarılan “2022/2023-cu tədris ilinin payız semestrinin imtahan sessiyasının nəticələri. Yaz semestrində tədrisin vəziyyəti” barədə “Tədrisin təşkili və təlim texnologiyaları” üzrə prorektor dos. İdrak Əsgərov ətraflı məlumat ...
Lənkəran Dövlət Universitetində (LDU) Azərbaycan xalqının XX əsrdə yaşadığı ən faciəli tarixlərdən biri olan Xocalı qətlyamının 31-ci ildönümünə həsr olunmuş “Xocalı soyqırımının dünyaya çatdırılmasında Heydər Əliyevin rolu” mövzusunda konfrans keçirilib. LDU-nun Böyük akt zalında keçirilən konfrans Xocalı faciəsinin günahsız qurbanlarının və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərin xatirəsinin 1 dəqiqəlik sükutla anılması ilə başlanıb.Sonra Azərbaycan Respublikasının Dövlət Himni səslənib.LDU-nun prorektoru, dos. İdrak Əsgərov Azərbaycan tarixinin ən ağrılı və faciəli səhifəsi olan Xocalı soyqırımının təkcə xalqımıza yox, bütün bəşəriyyətə qarşı törədilən ...
Lənkəran Dövlət Universitetində (LDU) 21 fevral- Beynəlxalq Ana Dili Günü ilə bağlı “Azərbaycan dili və ədəbiyyat” kafedrasında keçirilən tədbiri “Filologiya və ibtidai təhsil” fakültəsinin dekanı dos.Elman Mirzəyev açıb və bu günün keçirilməsinin tarixi barədə danışıb. Bildirib ki, dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm, ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət ...
Azərbaycan Respublikasının Gənclər və İdman Naziri Fərid Qayıbov bu gün Lənkəranda tələbə gənclərlə görüşüb. Lənkəran Dövlət Universitetinin Böyük akt zalında keçirilən görüşdə LDU-nun və universitetin nəzdində fəaliyyət göstərən Sosial və Aqrar -Texnoloji Kollecin, Lənkəran Tibb Kollecinin tələbələri iştirak edib.Görüşü Lənkəran Dövlət Universitetinin sosial məsələlər üzrə prorektoru, professor Kamran Kazımov açaraq Gənclər və idman naziri Fərid Qayıbovu universitet rəhbərliyi adından salamlayıb və tələbələrlə görüşə vaxt ayırdığına görə minnətdarlıq bildirib.Gənclər və idman naziri Fərid Qayıbov çıxışında müasir Azərbaycanda aparılan gənclər siyasətindən, bu ...
Lənkəran Dövlət Universitetində (LDU) 2022/2023-cü tədris ilinin payız semestrinin imtahan sessiyasının son həftəsində tələbələr üçün yaradılan şəraitlə əyani tanış olmaq məqsədi ilə universitetdə fəaliyyət göstərən ictimai nəzarət qrupunun- İctimai şuranın üzvləri yenidən universitetdə olub və LDU-da keçirilən imtahanların gedişini bir daha canlı izləyiblər. İctimai şuranın sədri Güloğlan Bağırov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Elxan Nəcəfov, teatrşünas Tofiq Heydərov universitetin II saylı tədris korpusunda imtahanların gedişi, imtahan mərkəzinin fəlaiyyəti, Operativ Qərargahın işi barədə məlumatlandırılıblar. İctimai şuranın üzvləri Lənkəran Dövlət Universitetində ...
Lənkəran Dövlət Universitetinin (LDU) Böyük akt zalında Lənkəran Şəhər İcra Hakimiyyəti ilə birgə Azərbaycan tarixinin ən ağrılı səhifəsi olan 20 Yanvar faciəsinin 33-ci ildönümünə həsr olunmuş “20 Yanvar və Heydər Əliyev” mövzusunda konfrans keçirilib. Konfrans iştirakçıları 20 Yanvar şəhidlərinin və Azərbaycanın ərazi bütövlüyünün qorunması uğrunda canlarından keçən igidlərin- I və II Qarabağ müharibəsi qurbanlarının xatirəsini 1 dəqiqəlik sükutla ehtiramla yad ediblər.Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.Konfransı giriş sözü ilə açan Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimov 33 il öncə ...
06.01.2023-cü il tarixindən Lənkəran Dövlət Universitetində (LDU) 2022/2023-cü tədris ilinin payız semestrinin imtahan sessiyasına start verilib. İmtahanlar Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən əyani formada keçirilir.LDU-nun rektoru, professor Natiq İbrahimov imtahanların gedişini izləmək məqsədilə bu gün universitetin tədris korpuslarına baş çəkərək vəziyyətlə əyani tanış olub, tələbələrlə söhbətləşib. Rektor professor-müəllim heyəti ilə görüşü zamanı onları tələbələrin biliyinin obyektiv qiymətləndirilməsi və imtahanlarda şəffaflığın təmin edilməsi üçün bütün imkanlardan maksimum səmərəli istifadə etməyə çağırıb. İmtahanlarda tələbələrə və professor-müəllim heyətinə uğurlar ...