Geri
LDU təmsilçisi Xəzəryanı ölkələrin Dövlət Universitetləri Assosiasiyasının XXII Baş Assambleyasının iclasında iştirak edib.
İran
İslam Respublikasının Rəşt şəhərində yerləşən Gilan Universitetində Xəzəryanı
ölkələrin Dövlət Universitetləri Assosiasiyasının XXII Baş Assambleyasının
iclası keçirilib.
Assambleyanın iclasında Azərbaycan Respublikasından 3 (BDU, LDU və AzTU), Rusiya Federasiyasından 8 ,
Qazaxıstan Respublikasından 3 , İran İslam Respublikasından 19 universitetdən nümayəndələr
iştirak ediblər.Bu mötəbər elmi tədbirdə Lənkəran Dövlət Universitetini rektorun müşaviri, texnika üzrə elmlər
doktoru, “Texnologiya və texniki fənlər” kafedrasının professoru Mikayıl Məhərrəmov
təmsil edib.
Assambleya iclasında nümayəndələr Assosiasiyanın qarşısında duran vəzifələr- elm
və təhsil əlaqələrinin dərinləşdirilməsi və intensivləşdirilməsi, Xəzəryanı ölkə
xalqlarının dil və mədəniyyətinin öyrənilməsi yolu ilə həmin xalqların
yaxınlaşması, ümumi təhsil məkanının yaradılması yolunda inkişaf, birgə məqalələrin
nəşri, birgə elmi layihələrin işlənməsi və elmi kollektivlərin yaradılması və
s. kimi məsələlər ətrafında müzakirələr aparıblar.
Assosiasiya üzvləri tərəfindən Xəzər regionunun sosial, iqtisadi,
ekoloyi,
xüsusilə
Xəzərin biomüxtəlifliyi problemlərinə həsr olunmuş elmi tədqiqatların əhəmiyyəti,elmi-texnoloji nailiyyətlər sərgisi,
telekörpülər, veloyürüş və s. kimi yeni fəalyyət
növlərinin
axtarışının zəruriliyi,elm ictimaiyyəti və cəmiyyəti Xəzərin problemləri barədə
məlumatlandırmağın əhəmiyyəti qeyd edilib.
Qeyd edək ki, Assambleyanın işi
zamanı Rusiya Federasiyasının ,
Qazaxıstanın,eləcə də İran İslam Respublikası universitetlərinin və elmi təşkilatlarının
nümayəndələri Lənkəran Dövlət Universiteti ilə həm Assosiasiya çərçivəsində, həm
də ikitərəfli əlaqələrə böyük maraq göstəriblər və onların bir neçəsi ilə əməkdaşlığa
dair ilkin razılaşma əldə olunub.