Geri

14/10/19

LDU-da psixoloqlar üçün seminar keçirilib.


Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Ümumi təhsil müəssiələrində əlverişli təlim və inkişaf mühitinin təmin edilməsi üzrə əlavə tədbirlər barədə Fəaliyyət planı”nın həyata keçirilməsinə dair müvafiq əmrinə uyğun olaraq , Lənkəran Dövlət Universitetində “Astara-Lənkəran ümumtəhsil məktəb psixoloqları və “Təhsildə sosial-psixoloji xidmət” ixtisasının tələbələrinin iştirakı ilə praktik seminar keçirilib.

“Humanitar fənlər” kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Afiq Əliyev iştirakçılara seminarın mövzusu və əsas istiqamətləri barədə məlumat verib.Kafedranın müəllimi Şahin Mehrəliyev “Məktəbdə sosial-psixoloji xidmətin istiqamətləri” mövzusunda “Rorşax” psixodiaqnostik metodun praktik tətbiq olunması qaydaları” ilə əlaqədar təqdimat edib.Təqdimatda tətbiq olunan qaydaların əsas istiqamətləri üzrə seminarın iştirakçılarına geniş və ətraflı məlumat verilib.

Seminarın gedişində “Humanitar fənlər” kafedrasının baş müəllimi Nahidə Cəfərova tərəfindən məktəb psixoloqları ilə məktəbdə baş verən psixoloji problemlərin həlli yolları, o cümlədən, istedadlı şagirdlərin psixodiaqnostikası ilə bağlı təlimat xarakterli geniş diskussiya aparılıb,videomateriallar nümayiş olunub.

Seminarda Lənkəran və Astara rayonlarının orta məktəblərin psixoloqları və tələbələr iştirak edib.

Universitetdə bu istiqamətdə təlimlər Təhsil Nazirliyinin müvafiq tədbirlər planına uyğun olaraq sistematik şəkildə davam etdiriləcəkdir.

 LDU-da  psixoloqlar üçün seminar keçirilib.


Mənbə:
Paylaş: