Geri
Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimovun 18 oktyabr - Dövlət Müstəqilliyi Günü münasibəti ilə Təbriki.
18 oktyabr - Dövlət Müstəqilliyi Günü münasibəti ilə Lənkəran Dövlət Universitetinin bütün kollektivini,professor-müəllim-tələbə heyətini,sizin simanızda bütün Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edirəm.
Azadlıq, müstəqillik həm ayrıca bir vətəndaş üçün, həm də bütöv xalqlar, millətlər üçün ən müqəddəs, ən şirin nemətdir. Biz azadlığımızın, müstəqilliyimizin yolunu illərlə gözləmişik, mübarizə aparmışıq, bu yolda minlərlə şəhid vermişik. Azadlığı, müstəqilliyi əldə etmək nə qədər çətindirsə onu qoruyub saxlamaq bir o qədər mürəkkəb və ağır məsələdir. Qüdrətli və möhkəm dövlət olmadan azadlıq və müstəqillik də yoxdur.
Dövlət müstəqilliyinin əldə edilməsi xalqımızın ən böyük nailiyyətlərindən biridir. Əldə edilmiş müstəqilliyin, vətəndaş birliyinin, həmrəyliyin, sabitliyin qorunub saxlanılması, Azərbaycanın müstəqil dövlət olaraq dünya dövlətləri arasında rolunun və nüfuzunun möhkəmləndirilməsi məhz Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında regionun lider dövləti kimi beynəlxalq nüfuzunu və iqtisadi qüdrətini artıran ölkəmizdə iqtisadiyyatın dinamik inkişafı təmin edilmiş, əhalinin həyat səviyyəsi yaxşılaşdırılmış, respublikamızın müdafıə qüdrətinin artırılması sahəsində böyük uğurlara nail olunmuş,ölkə təhsilinində nailiyyətlər əldə edilmiş və müstəqilliyimiz daha da möhkəmlənmişdir.
Bu gün Azərbaycan xalqının ən böyük problemi mənfur qonşularımız tərəfindən torpaqlarımızın işğal edilməsi,Qağlıq Qarabağın düşmən tapdağında olması,1 milyondan artıq soydaşımızın köçkün vəziyyətində yaşamasıdır.Azərbaycanın Dağlıq Qarabağ problemini ölkə başçısı cənab İlham Əliyev bütün beynəlxalq tribunalarda dünyaya bəyan edir. Bu yaxınlarda“Valday” Beynəlxalq Diskussiya Klubunun iclasının plenar sessiyasında iştirak edən prezident İlham Əliyev Ermənistanın işğalının nəticələrinə diqqət yetirib, BMT Təhlükəsizlik Şurasının münaqişənin nizamlanmasına dair qəbul etdiyi 4 qətnamənin 25 ildən çoxdur yerinə yetirilmədiyini vurğulayıb. Prezident İlham Əliyev Ermənistanın baş nazirinin “Qarabağ Ermənistanın hissəsidir və nöqtə” bəyanatının yalan olduğunu vurğulayaraq deyib: “Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”.
Bu sözlər hər bir Azərbaycan vətəndaşında vətənpərvərlik hisslərini coşdurur,mübarizə əzmini yüksəldir,düşmənə qarşı kin və nifrəti alovlandırır.
Bu gün dövlət müstəqilliyimiz hər birimiz üçün şərəf və qurur mənbəyidir. Dövlət müstəqilliyimizin qorunması və işğal olunmuş torpaqlarımızın azad edilməsi naminə hər birimiz döyüşə hazırırıq!
Bayram münasibətilə bütün xalqımızı,LDU ailəsini təbrik edir,dövlətimizin tərəqqisi naminə uğrlar arzu edirəm.
Azərbaycanın dövlət müstəqilliyi əbədidir,sarsılmzadır,dönməzdir!