Geri

30/10/19

Elmi şuranın növbəti iclası keçirilib.


İclası Elmi şuranın sədri, Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov açıb və gündəlikdə duran məsələlərlə bağlı şura üzvlərini məlumatlandırıb.

İlkin olaraq Lənkəran Dövlət Universitetinin yeni nizamnamə layihəsi müzakirəyə çıxarılıb.Bu barədə rektorun müşaviri,professor Mikayıl Məhərrəmov məlumat verib.M.Məhərrəmov yeni nizamnamə layihəsinin əsas istiqamətləri, əvvəlkidən fərqli cəhətləri,özəl xüsusiyyətləri barədə ətraflı danışıb və sualları cavablandırıb.

Universitet “Elmi və Tədris-Metodiki” Şurasında baxılan işlərin müzakirəsi ilə bağlı məlumatı Elmi katib Allahşükür Quliyev təqdim edib.Müzakirəyə çıxarılan işlər açıq səsvermə yolu ilə təsdiq edilib.

Elmi şura İqtisadiyyat və idarəetmə fakültəsinin illik hesabatını da dinləyib.Hesabatı fakültənin dekanı dosent Gülbəniz Əliyeva təqdim edib.Slayd və diaqramlarla müşayət oluna hesabatda fakültədə bir il ərzində görülmüş işlər, əldə edilmiş uğurlar, yeniliklər və həllini gözləyən məsələlər barədə ətraflı məlumat verilib.Müzakirə zamanı Elmi şura fakültənin bir illik fəaliyyətini qənaətbəxş hesab edib.

Şurada cari məsələlərə də baxılıb və müvafiq qərarlar qəbul olunub.

Elmi şuranın növbəti iclası keçirilib.


Mənbə:
Paylaş: