Geri
30/10/19
LDU-da yol hərəkətinin təhlükəsizliyinə dair maarifləndirici seminar keçirilib.
Lənkəran Dövlət Universitetində (LDU) yol hərəkətinin təhlükəsizliyi tədbirlərinin təbliğinə dair maarifləndirici seminar keçirilib.LDU-nun Lənkəran Şəhər -Rayon Polis Şöbəsinin (ŞRPŞ) Dövlət Yol Polisi bölməsi ilə birgə keçirtdiyi praktik seminarı universitetin sosial məsələlər üzrə prorektoru ,dosent Kamran Kazımov açıb və iştirakçılara tədbirin mahiyyəti və əhəmiyyəti barədə məlumat verib.
Seminarı Lənkəran ŞRPŞ-nin Dövlət Yol Polisi bölməsinin təbliğat və təşviqat üzrə inspektoru,polis kapitanı Emil Vəliyev aparıb.DYP rəsmisi tələbə və müəllimlərə yol hərəkəti qaydalarını bilməyin, onlara əməl etməyin vacibliyindən,piyada-sürücü münasibətlərindən danışıb.Bildirib ki,yol hərəkəti qaydalarını bilmək, bu barədə məlumatlı olmaq hər bir vətəndaş üçün özünün və ətrafdakıların təhlükəsizliyini qorumaq baxımından olduqca vacibdir.E.Vəliyev seminar iştirakçılarına “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı” barədə də ətraflı məlumat verib, qanunvercilikdə olan yenilikləri diqqətə çatdırıb.Son vaxtlarda baş verən yol-nəqliyyat hadisələrinin statistikasını, baş vermə səbəblərini,ölüm hallarını təhlil edən DYP rəsmisi maarifləndirmə tədbirlərinin mühüm əhəmiyyət daşıdığını deyib və tələbələri bu işdə yol polisi əməkdaşlarına dəstək olmağa çağırıb.
Seminarda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Mənbə: