Geri

01/11/19

LDU-da İİV-lə bağlı maarifləndirici seminar keçirilib.


Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 fevral 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “2016-2020-ci illər üçün İİV/QİÇS-lə mübarizə üzrə Tədbirlər Proqramı”nın icrası ilə əlaqədar Respublika Təhsil Nazirliyinin Tədbirlər Proqramına uyğun olaraq, Lənkəran Dövlət Universitetinin (LDU) Biologiya və tibbi biliklər kafedrasında tələbələr üçün maarifləndirici seminar keçirilib.

Seminarı Təbiyyat fakültəsinin dekanı dosent Ramiz Şəmmədov açıb və sözügedən qərarların mahiyyəti,zərərli vərdişlərin mənfi təzahürləri ilə bağlı iştirakçılara məlumat verib.Kafedranın müəllimi Nərmin Salayeva “ QİÇS və onunla mübarizə usulları” mövzusunda geniş məruzə edib.Məruzəçi son əsrin dəhşətli sosial bəlası sayılan İİV ,onun yoluxlma yolları, fəsadlı nəticələri, mübarizə usulları barədə ətraflı məlumat verib.

Məruzə ətrafında keçirilən diskussiyada müəllim, magistrant və tələbələr mövzu ətrafında fikir mübadiləsi ediblər.

LDU-da İİV-lə bağlı maarifləndirici seminar keçirilib.


Mənbə:
Paylaş: