Geri
Akademik elmi seminarını iqlim dəyişmələrinə həsr edib.
Lənkəran
Dövlət Universitetinin( LDU) Təbiyyat fakültəsində Coğrafiya və ekologiya
kafedrasının təşəbbüsü və təşkilatçılığı, fakültə dekanlığının dəstəyi ilə
AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik
Ramiz Məmmədovun elmi seminarı keçirilib.
"İqlim dəyişmələri zamanın çağırışıdır və
onun Azərbaycan ərazisində təzahürü və
tullantıların iqlim dəyişmələrinə təsiri " mövzusuna həsr edilən
seminarda akademik Ramiz Məmmədov müasir dövrün ən qlobal problemi olan iqlim dəyişikliklərinin müxtəlif təzahür formalarını,fəsadlarını faktlar və elmi nəticələr əsasında şərh
edib,araşdırmalarını slaydlarla praktik
nümayiş etdirib.
Elmi seminarın gedişində tələbələrin və ixtisaslı kadrların iştirakı nəzərə
alınaraq “Bərk və plastik məişət tullantılarının idarə edilməsi sahəsində
ictimai maarifləndirmə barədə də söhbət
aparılıb.
Müəllim və tələbələrlə qarşılıqlı diskussiya şəraitində
keçən seminarda dinləyiciləri maraqlandıran məqamlara aydınlıq gətirilib,
suallar cavablandırılıb.