Geri
LDU-da zərərli vərdişlərdən imtina mövzusunda tədbir keçirilib.
Lənkəran Dövlət Universitetində (LDU) “Azərbaycan Respublikasında
qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün
Strategiya”nın icrası ilə əlaqədar olaraq
maarifləndirici seminar keçirilib.
Qeyri- İnfeksion xəstəliklərin risk
amillərinin (tütündən istifadə, spirtli içkilərdən sui-istifadə, qeyri-sağlam qidalanma,
fiziki passivlik) azaldılması mövzusunda
keçirilən tədbiri giriş sözü ilə universitetin Tədqiqat işləri və
innovasiyalar üzrə prorektoru vəzifəsini icra edən dosent Elvin Əliyev açaraq
seminarın məqsəd və məramı barədə iştirakçılara məlumat verib. Məruzəçi, universitetin baş müəllimi Əhmədağa
Tahirov zərərli vərdişlərin insan həyatında
oynadığı mənfi roldan, həyat və sağlamlığa təsirinin ağır fəsadlarından,
mübarizə yollarından və qabaqlayıcı profilaktik tədbirlərdən ətraflı bəhs edib.
Məruzə ətrafında
çıxışlarda müzakirə edilən mövzuya
münasibət bildirilib.Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.