Geri

07/11/19

LDU-da “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirici tədbir keçirilib.


Lənkəran Dövlət Universitetində (LDU) Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi ilə birgə keçirilən profilaktik tədbir “Fövqəladə hallarla bağlı davranış qaydaları”mövzusuna həsr olunub. Unuversitetin professor-müəllim-tələbə heyətinin qatıldığı tədbiri LDU-nun sosial məsələlər üzrə prorektoru ,dosent Kamran Kazımov açıb.

Cənub Regional Mərkəzinin rəis müavini,polkovnik Seymur Qaraşov Fövqəladə Hallar Nazirliyinin yaranması,fəaliyyət istiqamətləri, Cənub Regional mərkəzinin iş xüsusiyyətləri barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.Heç kimin fövqəladə hallardan sığortalanmadığını deyən qurum rəsmisi baş verə biləcək hadisələrin qarşısını almaq, risk dərəcəsini azaltmaq, insan tələfatına yol verməmək üçün profilaktik bilgilərin və vərdişlərin vacib olduğunu qeyd edib,tədbir iştirakçılarını bu istiqamətdə daim maariflənməyə çağırıb.

Regional mərkəzin Maarifləndirmə sektorunun müdiri Zaur Hüseynov, Mülki müdafiə idarəsinin mülki müdafiəyə hazırlıq şöbəsinin zabiti Abdulhüseyn Əlizadə, Ərazi orqanları ilə iş şöbəsinin zabiti Şəhriyar Hətəmov,Operativ reaksiyavermə və əməliyyat –planlaşdırma idarəsinin şöbə rəisi mayor Ramin Rzayev,DYNX-nin Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin şöbə rəisi,polkovnik-leytnant Samir Kərimov mövzu ətrafında məruzə ediblər.Məruzəçilər sel və daşqınlardan qorunmağın yolları,mülki müdafiənin məqsəd və vəzifələri,odsöndürücü balondan istifadə qaydaları,dəm qazı təhlükəsi ,112 qaynar xəttinin funksiyaları və s.barədə iştirakçılara ətraflı məlumat veriblər.

Tədbirdə maarifləndirici video çarxlar nümayiş olunub.

LDU-da “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirici tədbir keçirilib.


Mənbə:
Paylaş: