Geri

08/11/19

Bioloji müxtəlifliyin qorunması zamanın tələbidir.


Lənkəran Dövlət Universitetində (LDU) Azərbaycan Respublikası Prezidentinin 3 oktyabr 2016- ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair” Milli Strategiyanın Tədbirlər Planına uyğun olaraq maarifləndirici seminar təşkil edilib.

Seminarda bioloji müxtəlifliyin mahiyyəti, məzmunu, onun müasir vəziyyəti və mühafizə yolları müzakirə edilib.Təbiyyat fakültəsinin dekanı, dosent Ramiz Şəmmədov “Bioloji müxtəlifliyin qorunması zamanın tələbidir” mövzusunda geniş məruzə edib.Məruzəçi dünyanın qloballaşdığı hazırkı zamanda bioloji müxtəlifliyin qorunmasını vacib məsələ adlandırıb, növ müxtəlifliyinin yox olmasını ekoloji faciə kimi dəyərləndirib,Yer kürəsinin bioloji ahəngdarlığının saxlanmasının həyatımız üçün önəm kəsb etdiyini xüsusi vurğulayıb,bu istiqamətdə ardıcıl iş aparmağın vacibliyini qeyd edib.

Məruzə ətrafındakı çıxışlarda cənub bölgəsinin timsalında problemin qloballığı, həlli yolları və sair barədə geniş fikir mübadiləsi edilib,təklif və rəylər dinlənilib.

Seminarın məqsədi ekoloji şəraitin pisləşdiyi hazırkı zamanda tələbələrin bioloji müxtəliflik haqqında bilgilərinin genişləndirilməsi və bu istiqamətdə onların rolu haqqında müzakirələr aparmaqdır. Müzakirələr zamanı zəngin biomüxtəlifliyə malik olan cənub bölgəsinin müxtəlif ərazilərinə infoturların təşkili qərara alınıb.

Bioloji müxtəlifliyin qorunması zamanın tələbidir.


Mənbə:
Paylaş: